Evdən 7 minlik qızıl oğurlandı - İmişlidə


İmişli rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

İmişli rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri A.Əliyev və İ.İsmayılzadə saxlanılıblar.

A.Əliyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 5-də həmyerlisi M.Fazilovla birgə rayon ərazisindəki bir həyətyanı sahədən 7 baş qoyun oğurlaması müəyyən edilib.

Davam etdirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində M.Fazilov da saxlanılıb.


Açar sözlər
Imişli Rayon Polis Şöbəsi , Imişli
Hadisə xəbərləri
Teleqraf.com digər xəbərlər