İmişlidə evdən 7 min manatlıq qızıl oğurlanıb

İmişlidə evdən 7 min manatlıq qızıl oğurlanıb

İmişli rayon sakinləri A.Əliyev və İ.İsmayılzadə saxlanılıblar

BAKI, 25 aprel - Sputnik. İmişli rayonunda evlərdən oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri A.Əliyev və İ.İsmayılzadə saxlanılıblar.

A.Əliyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 5-də həmyerlisi M.Fazilovla birgə rayon ərazisindəki bir həyətyanı sahədən 7 baş qoyun oğurlaması müəyyən edilib.

Hadisə xəbərləri
Sputnik.az digər xəbərlər