Evlənmək istədiyi kişiyə 159 min mesaj göndərdi: "Sənin böyrəyindən suşi hazırlayacam"

Evlənmək istədiyi kişiyə 159 min mesaj göndərdi: "Sənin böyrəyindən suşi hazırlayacam"

Ceklayn Ades adlı 32 yaşlı amerikalı qadın 2017-ci ildə yalnız varlı kişilərin istifadə edə bildiyi bir tanışlıq proqramından istifadə etməyə başlayıb.


Burada varlı və evli bir kişi ilə tanış olan qadın daha sonra onun kabusuna çevrilib.


Ades həmin kişiyə 10 ayda 159 min ədəd mesaj yazıb. Bu mesajların içində "sənin böyrəyindən suşi hazırlayacam" kimi təhdidlər də olub. Bununla kifayətlənməyən qadın həmin kişinin evinə zorla daxil olub. Həmin vaxtda ölkə xaricində olan kişi Adesin evinə zorla girdiyi haqqında polisə müraciət edib. Polis qadını evin hamamından tapıb. Hadisə ilə bağlı məhkəmə işi açılıb, amma qadın məhkəməyə getməyib.


İndi isə Ades 10 aydır ki, əl çəkmədiyi həmin kişini məhkəməyə verməyə hazırlaşır. 32 yaşlı qadın ümid edir ki, məhkəmə varlı kişini onunla evlənmək məcburiyyətində qoyacaq.


Tibbi ekspertizada qadının psixoloji xəstəliyinin olduğu aşkarlanıb. (publika.az)

Açar sözlər
Polis Qadını Evi
Hadisə xəbərləri
Bakıda DƏHŞƏT:     73 yaşlı qadını sifarişlə öldürərək yandırdılar – FOTO

Bakıda DƏHŞƏT: 73 yaşlı qadını sifarişlə öldürərək yandırdılar – FOTO

22-04-2019 10:49 - Demokrat.az - Hadisə
Paytaxtın Nizami rayonunda baş vermiş qətl hadisəsini törətmiş şəxslər saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -ə məlumat verilib Verilən məlumata görə, polis və prokuroroluq orqanlarının əməkdaşları tərəfindən yüksək peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış və istintaq hərəkətləri tədbirləri nəticəsində paytaxtın Nizami rayonu ərazisində törədilmiş ağır cinayətin üstü açılıb. Belə ki, aprelin 17-də səhər saatlarında rayonunun Azər Manafov küçəsi ev15/21 ünvanında yanğın hadisəsi baş verməsi barədə Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinə məlumat daxil olub. Hadisə yerinə baxış zamanı mənzilin sahibi və həmin ünvanda tək yaşayan 1946-cı il təvəllüdlü Validə İbrahimovanın yanmış meyiti aşkar olunub. Daha sonra meyit daxili və xarici müayinədən keçirilməsi üçün məhkəmə tibbi ekspertizasına göndərilib. Ekspertiza zamanı müəyyən edilib ki, həmin şəxs yanğından əvvəl boğularaq qətlə yetirilib. DİN Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi və Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində baş vermiş hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ziya Dadaşov və Füzuli rayon sakini Amil Piriyev saxlanılıblar. Onlar ifadələrində hadisə günü “Leyla” kimi tanıdıqları şəxsin sifarişi ilə V.İbrahimovanın mənzilinə tamah məqsədilə daxil olduqlarını, onu qətlə yetirəndən sonra isə izi itirmək məqsədilə mənzili və meyiti yandırdıqlarının bildiriblər. Hadisədən sonra həmin şəxslər V.İbrahimovanın qızıl-zinət əşyalarını, mobil telefonunu və 120 manatını  ələ keçiriblər. Qeyd edək ki.
Azxeber.com digər xəbərlər