F-22 və B-2 artıq qocalıb: Super stelslərin yeni nəsli gəlir

F-22 və B-2 artıq qocalıb: Super stelslərin yeni nəsli gəlir

MAGMA manevr qabiliyyətinin artırılmasında iki yeni texnologiyaya arxalanır. Bunlardan qanad sirkulyasiya nəzarət sistemi təyyarəyə idarəetməni təmin etmək məqsədilə onun mühərrikindən havanı alaraq supersəs sürətlə qanadın arxa qurtaracağından ötürür. Mayeni itələmə vektoru isə təyyarənin istiqamətinin dəyişdirilməsi üçün ötürülmüş havanı müxtəlif istiqamətə yönləndirir.

“Bu sınaqlar uyğunlaşdırıla bilən təyyarə gövdəsinin əldə edilməsi istiqamətində göstərdiyimiz səylərin bəhrə verməsi istiqamətində atılmış növbəti əhəmiyyətli addımdır. Bu sayədə əldə etməyi istədiyimiz şey həqiqətən də inqilabi olacaq”, - deyə MAGMA layihəsinin rəhbəri Bill Krouzer bildirib.

Lakin MAGMA BAE-nin sınaqdan keçirdiyi hərəkətə nəzarət səthi olmayan ilk PUA deyil. 2010-cu ildə kompaniya Kranfild Universiteti ilə birlikdə daha kiçik “Demon” dronunu sınaqdan keçirdi. Həmin dronda da manevr qabiliyyətinin təmin edilməsində havadan istifadə edilirdi. “Demon” beş il ərzində 8 milyon dollar xərclənmiş tədqiqat layihəsinin nəticəsi idi. MAGMA isə həmin işin ardı kimi qəbul edilir.

Qeyd edək ki, təyyarələrdə hərəkətə nəzarət səthinin ləğv edilməsi aerokosmos sənayesi aktorlarının çoxdan uğrunda çalışdığı məqsədlərdən biridir. Buna səbəb isə onun ağır, mürəkkəb olması və baha başa gəlməsidir. 1975-ci ildə “Boeing”in tədqiqatçısı Con Kelli bu texnologiyanın stels döyüş təyyarələrinin yaradılması qarşısındakı əsas əngəl olduğunu göstərmişdi.

Ağalar Ağalarlı

İKT xəbərləri
Ordu.az digər xəbərlər