F1 Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşü başlayıb

F1 Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşü başlayıb

Bu gün saat 13:00-da Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşü başlayıb. SİA-nın məlumatına görə, yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb.

“Mercedes” komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, “Ferrari”də Sebastian Fettel, Çarles Lekler, “Williams”ın heyətində Corc Russell və Ronert Kubitsa yarışırlar. “Red Bull Racing” komandasında Ryer Qasli, Maks Ferstappen, “Raching Point”də Serxio Peres və Lens Stroll, “Renault”da isə Niko Hulkenberq ilə Daniel Rikkardo mübarizə aparırlar. Bundan başqa, “Toro Rosso”nun heyətində Aleksandr Albon və Daniil Kvyat, “Alfa Romeo”də Antinio -Covinatsi, Kimi Raykonnen, “McLaren”də Lando Norris və Karlos Sayns yürüşdə iştirak edirlər. Pilotlar Roman Qrojan və Kevin Maqnussen isə “Haas” komandalarının idman şərəfini qoruyurlar.

Yürüş iştirakçıları 1,5 saat ərzində 6 kilometrlik Bakı trekində yarışacaqlar. İkinci sərbəst yürüşə saat 17:00-da start veriləcək.

Aprelin 27-də pilotların düzülüşünü müəyyən edəcək yarış keçiriləcək. Aprelin 28-də isə Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisində qalib adı uğrunda mübarizənin şahidi olacaqlar.

loading...

İdman xəbərləri
Sia.az digər xəbərlər