“Facebook”, “Instagram” və “WhatsApp” çökdü

“Facebook”, “Instagram” və “WhatsApp” çökdü

Analoji problem əsasən ABŞ, Rusiya, Braziliya, Böyük Britaniya, Avstriya və Hollandiyada qeydə alınıb. Ölkəmizdə də bu sosial şəbəkələrin fəaliyyətində problemlər yaşanıb.

BAKI, 14 mart – Sputnik. “Facebook” və “Instagram” sosial şəbəkələrinin fəaliyyətində problemlər yaranıb.

Sputnik Azərbaycan-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, dünyanın bir çox ölkəsindən olan sosial şəbəkə istifadəçiləri sözügedən problemlə rastlaşdıqları barədə məlumatlar paylaşıb.

“Facebook”un fəaliyyətindəki problemlər əsasən şəxsi profillərə daxil olmaqla bağlı yaranıb və Bakı vaxtı ilə saat 19:56-da meydana gəlib. Təxminən 35% istifadəçi şəbəkəyə daxil olmaqda, 33% istifadəçi isə şəxsi səhifələrini yeniləməkdə çətinliklərlə üzləşib.

“Instagram”da yaranmış problemlər isə Bakı vaxtı ilə təxminən saat 19:00-a təsadüf edib. Sözügedən problemləri araşdıran Downdetector portalının məlumatına görə, 48% istifadəçinin şikayəti xəbər lentini yeniləməklə, 32% istifadəçinin şikayəti isə şəxsi səhifələrinə daxil olmaqla bağlıdır.

Analoji problem əsasən ABŞ, Rusiya, Braziliya, Böyük Britaniya, Avstriya və Hollandiyada qeydə alınıb. Ölkəmizdə də bu sosial şəbəkələrin fəaliyyətində problemlər yaşanıb.

“Facebook” və “Instagram”dan sonra “WhatsApp”ın işində də problem yaranıb.

Sosial tətbiq istifadəçiləri yazışmalar zamanı foto və səs yazılarının göndərilməsində çətinliklərlə üzləşiblər.

Açar sözlər
Ria Novosti , Instagram , Facebook , Whatsapp , Azərbaycan , Bakı , Böyük Britaniya , Abş , Avstriya , Rusiya , Braziliya
İKT xəbərləri
Adı milyonluq rüşvət qalmaqalında hallanan keçmiş nazir müavininə vəzifə verildi     — FOTO

Adı milyonluq rüşvət qalmaqalında hallanan keçmiş nazir müavininə vəzifə verildi — FOTO

14-03-2019 11:51 - Demokrat.az - İKT
Ötən il nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsindən azad edilən İltimas Məmmədova yeni iş tapşırılıb.  Demokrat.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Texniki Universitetində İltimas Məmmədova yeni vəzifə verilib.  Sabiq nazir müavini artıq Azərbaycan Texniki Universitetində Rabitə şəbəkələri və kommutasiya sistemləri fakultəsində dərs deyir.   Məlumat üçün bildirək ki, 2018-ci ilin fevralında İltimas Məmmədovun adı rabitə və yüksək texnologiyalar nazirinin müavinləri siyahısından çıxarılıb. Prezident İlham Əliyevin 2 fevral 2018-ci il tarixli sərəncamı ilə isə Əli Abdullayev nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib.  Bundan başqa, Prezident İlham Əliyevin 2 fevral 2018-ci il tarixli digər sərəncamı ilə Elmir Vəlizadə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin olunub. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov sözügedən nazirlikdə nazirin birinci müavini işləmiş İltimas Məmmədova qarşı ifadə vermişdi. Sözügedən məhkəmə prosesi zamanı İltimas Məmmədova qarşı keçmiş iş yoldaşları tərəfindən də dəfələrlə ağır ifadələr verilib.  2017-ci ilin noyabrında keçirilən məhkəmə prosesi zamanı “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) sabiq baş direktoru Beytulla Hüseynov ifadəsində hazırda nazir müavini işləyən İltimas Məmmədova ev tikintisi üçün 1,5 milyon manat pul verdiyini demişdi.  İltimas Məmmədov isə istintaqa ifadəsində ayda nazirdən 30 min manat “paket” aldığını etiraf etmişdi.  İ.Məmmədov bildirmişdi ki, nazirliyin işçilərinə “paket” şəklində aylıq pullar verilməsindən məlumatlı idi.
Sputnik.az digər xəbərlər