Facebook şirkətinin bu yeniliyi alış-veriş istifadəçilərini sevindirəcək

 Facebook şirkətinin bu yeniliyi alış-veriş istifadəçilərini sevindirəcək

"Facebook" şirkəti daha bir yeniliyə imza atıb.Şirkətin yeniliyinə görə, artıq satıcılar öz məhsullarını canlı yayım formatında nümayiş edə biləcək.

Xeberler.az bildirir ki, alış-veriş prosesi "messenger" proqramı vasitəsilə aparılacaq.

Funksiya artıq Taylandda test olunub. Abunəçilər canlı yayım aça bilər, öz suallarını yayım vasitəsilə satıcılara ünvanlaya bilər. Facebook şirkəti yeni funksiya barəsindəki xəbəri təəsdiqləyib.

Qeyd edək ki, test mərhələsi üçün Taylandın seçilməyi heç də təsadüfi deyil çünki adı çəkilən bölgədə sosial şəbəkənin "marketplace" istifadəçisi çoxdur.

İKT xəbərləri
Xeberler.az digər xəbərlər