Facebook xəstəsi - Əli Kərimli

Facebook xəstəsi - Əli Kərimli


Yəqin fərq etdiniz. Əli Kərimlidən danışırıq. Özünün siyasi fəaliyyətini büsbütün Facebook üzərində quran bu satqın və əxlaqsız AXCP sədri Ə.Kərimli gecəli-gündüzlü çalışır. Çalışır ki, qaşınmayan yerdən qan çıxarsın. Hər zaman bu "aydan arı, sudan durudur". Özü də bəzi insanların bütün dərd-sərini öz dərdi kimi qəbul edir, ona görə də sosial şəbəkələrdə yapışıb qalıb. Ancaq bilmir ki, bütün fəaliyyətini xalqın zəhləsini tökməyə yönəldib. Xüsusilə, facebookda, kompüter qarşısında oturan Ə.Kərimlinin yersiz çıxışları və sosial şəbəkədəki adamlarının onun fikirlərini "like" (bəyənmə) etməsi bir çoxlarına onun qeyri-ciddi fərd olması qənaətini yaradır. Fakta əsaslanaq. Baxın, əgər yadınızdadırsa, manatın dollara nisbətdə ucuzlaşmasında öz xeyri üçün istifadə etməyə cəhd göstərən Ə.Kərimli burada süni ajiotaj yaratmaq məqsədini əsas olaraq hədəf götürdü. Lakin Azərbaycan xalqı, ictimai rəy də yaxşı bilir ki, Ə.Kərimlinin əsl niyyəti nədir. Bu fərd ona görə hay-haray qaldırdı ki, görsün xalqı indiki vəziyyətdə ona dəstək verəcək , ya yox. Ancaq oxu daşa dəydi. Çünki xalq Ə.Kərimli kimi satqın və əxlaqsızı çoxdan zibilliyə atıb, üstündən də bir təpik vurub ki, bəsdir!!! Batsın səsin!!!
Ancaq qozbeli qəbir düzəltsə də, görünür bu xəyanətkar satqın və əxlaqsızı heç qəbir də düzəltməyəcək. Çünki bel əyri doğulub, əyri də qalacaq.
Yeri gəlmişkən, indi də ölkəmizdə keçirilən "Formula-1"-dən qaşınmaya düşən bu fərd yenə də facebook sosial şəbəkəsində çağrışlar etməyə başlayıb. Bax, buna görə deyirəm səsin batsın!!!.
Hər şey bir yana, bu adam illərdir Azərbaycanın Avropaya inteqrasiyasının vacib olduğunu təbliğ edir, hakimiyyəti bu məsələdə gecikməkdə ittiham edir, günü bu günsə öz mövqeyinə tam əks mövqe sərgiləyir. Sual olunur: kimin əlinə oynayırsan, Ə.Kərimli?

Cidanı çuvalda gizlətmək olmaz,,,

Bir də, haqq nazilər, amma üzülməz. Bu fikri deməyə haqqım var. Çünki 26 ildir erməni yalı ilə yemlənən Ə.Kərimli kimi saiqınlar hər gün bir cinayətkarı, Vətən xainin adını "siyasi məhbus" qoyur. Və başlayır bu cinayətkarın müdafiəsinə. Müdafiə etməkdə də məqsəd xarici qüvvələrə nökərçilik etməklə qrantlar qoparmaqdır. Yenə də qəribəsi də odur ki, qranta görə qaşınmayan yerdən qan çıxarmağa çalışaan AXCP sədri Azərbaycanın uğurunu götürə bilmir. Bax, yenə də deyirəm: alçaq, batsın sənin səsin!!! Bu satqınlar və ölkəmizin uğurlarını qısqavnclıqla yanaşan avropalı deputatlar da qanmağa məhkumdurlar ki, Azərbaycan Avropa qədər zəif deyil ki, vətəndaşlarımız siyasi mövqeyinə görə şərlənib həbs edilsin. Belədir, ya yox, cənab misterlər?
Ancaq Ə.Kərimli kimi sosial şəbəkə xəstələri onu da unudurlar ki, anti-Azərbaycan dairələrin qrant paylayan üfunətli ofislərinin mərmər döşəmələri üstündə gəzib özgə yalı ilə yallanmaqla heç nəyə nail ola bilməyəcklər və gec-tez bu yalan və böhtanlar sonda ifşa olunur. Çünki belələri bilməlidirlər ki, Vətənin halal çörəyinə kəm baxıb, özgənin (həm də düşmənin) yalı ilə bəslənənləri tarix heç vaxt bağışlanmır.

Rəfiqə HÜSEYNOVA

loading...

Siyasət xəbərləri
Sia.az digər xəbərlər