“Facebook”u 5 milyard dollar cərimə gözləyir

“Facebook”u 5 milyard dollar cərimə gözləyir

ABŞ-ınFederal Ticarət Komissiyası(FTK) istifadəçilərin şəxsi məlumatlarının sızmasına görə “facebook” sosial şəbəkəsini5 milyard dollar məbləğində cəriməedə bilər.

“Report”un məlumatına görə, bu barədə şirkətin hesabatına istinadən CNBC bildirib.

“Facebook”un 2019-cu ilin birinci rübü ərzindəki gəlirləri ilə bağlı hesabatda qeyd edilir ki, Federal Ticarət Komissiyası sosial şəbəkəni3 milyard dollarməbləğində cərimə edə bilər. Bununla yanaşı, cərimənin maksimal məblığinin5 milyard dollara qədər arta biləcəyidə vurğulanır.

“Problem həll edilməmiş qalır və FTK-nin yekun qərarı yoxdur”, – sənəddə vurğulanır.

Daha əvvəl“Facebook”a məxsus sosial şəbəkələrdə, o cümlədən“Instagram”, “Whatsapp”“Messenger”proqramlarının işində problem yaranıb.

İqtisadiyyat xəbərləri
Azeuronews.com digər xəbərlər