"Facebook"un gəlirləri və mənfəəti artıb

"Facebook"un gəlirləri və mənfəəti artıb

"Facebook" maliyyə ilinin ilk rübündə proqnozlardan çox mənfəət əldə edib.

"Marja" xəbər verir ki, ilk rübdə səhmbaşına (bir səhmə) mənfəət ötən ilin eyni dövründəki 1,69 dollardan 1,89 dollar səviyyəsinə yüksəlib. Analitiklər isə səhmbaşına 1,63 dollar mənfəət gözləyirdilər.



TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

İlk rübdə "Facebook"un gəlirləri isə 26 faiz artımla 15,1 milyard dollar səviyyəsinə qalxıb. Ötən ilin eyni dövründə 12milyard dollar olan gəlirlərin bu rübdə 15 milyard dollar olacağı nəzərdə tutulurdu.

"Facebook"un aylıq və gündəlik istifadəçi sayı da ilk rübdə 8 faiz artaraq müvafiq olaraq 2,4 milyard və 1,6 milyard olub.

İqtisadiyyat xəbərləri
Marja.az digər xəbərlər