"Faşist cəlladlarının havadarlarına bəraət qazandırmaq meylləri ilə üzləşirik"

"Faşist cəlladlarının havadarlarına bəraət qazandırmaq meylləri ilə üzləşirik"

Sankt-Peterburqdakı B.Yeltsin adına Prezident Kitabxanasında Böyük Vətən Müharibəsində Leninqradın blokadadan tam azad edilməsinin 75-ci ildönümünə həsr olunmuş “Birlikdə qazanılan böyük qələbə” mövzusunda beynəlxalq forum keçirilib. SİA xəbər verir ki, Avrasiya Tədqiqatları Fondu, “Şimal-Cənub” Politologiya Mərkəzinin MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) dəstəyi ilə təşkil etdikləri foruma 250-dən çox iştirakçı, o cümlədən Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyevin rəhbərliyi ilə ölkəmizdən geniş tərkibli nümayəndə heyəti qatılıb.

Tədbirin açılışında Rusiya Prezidenti Vladimir Putinin forum iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub. Forumun plenar iclasında Sankt-Peterburqun qubernatoru vəzifəsini icra edən Aleksandr Beqlov, Rusiya Prezidentinin beynəlxalq humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və başqaları çıxış edərək keçmiş sovet respublikaları xalqlarının Böyük Vətən Müharibəsində nümayiş etdirdikləri birlik və şücaətdən danışıblar.

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxışında qeyd edib ki, Leninqradın müdafiəsi Böyük Vətən Müharibəsinin qəhrəmanlıq səhifələrindən biridir. Leninqradın müdafiəçiləri dünyaya görünməmiş yenilməzlik və fədakarlıq nümayiş etdiriblər. Ərəstun Mehdiyev Azərbaycanın alman faşizminin darmadağın edilməsinə layiqli töhfə verdiyini, 700 minə yaxın azərbaycanlının düşmənə qarşı mərdliklə vuruşduğunu, cəbhə üçün lazım olan yanacağın 80 faizinin Bakı neftçiləri tərəfindən təmin edildiyini vurğulayıb. Diqqətə çatdırıb ki, azərbaycanlı əsgər və zabitlər bütün cəbhələrdə, o cümlədən Leninqrad cəbhəsində rəşadətlə vuruşublar. “Həlak olmuş həmvətənlərimizin xatirəsi əbədiləşdirilib, Piskaryov məzarlığında onların xatirə lövhəsi qoyulub. Leninqradın blokadası dövründə baş vermiş bir hadisəni də xatırlamaya bilmirəm. Müharibənin ən qızğın dövründə, 1941-ci ildə Leninqradda, Ermitajda dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyi qeyd olunmuşdu. Bu, peterburqluların zəngin daxili aləminin və nəcibliyinin daha bir nümunəsidir”, - deyə Ərəstun Mehdiyev bildirib. O xatırladıb ki, bu gün Leninqrad blokadasının şahidləri dünyanın müxtəlif ölkələrində yaşayırlar. Onların arasında taleyini Azərbaycana bağlayanlar da var. Lakin zaman durmadan irəliləyir və təəssüf ki, indi Azərbaycanda blokadanın cəmi 9 şahidi qalıb. Ölkəmizdə müharibə veteranlarına daim xüsusi qayğı ilə yanaşılır. Qələbə bayramı ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə müharibə veteranlarına, blokada dövrünü yaşamış Leninqradın müdafiəçilərinə birdəfəlik müavinətlər ödənilir, “Əbədi alay” aksiyası və digər tədbirlər keçirilir.

Ərəstun Mehdiyev təəssüflə qeyd edib ki, son illər müxtəlif ölkələrdə Böyük Vətən Müharibəsində sovet xalqının fədakarlığı haqqında həqiqətləri təhrif etmək, nasizmə, faşist cəlladlarının havadarlarına bəraət qazandırmaq meylləri ilə üzləşirik. O deyib: “Bu, yolverilməzdir. Biz səylərimizi birləşdirib, tarixin saxtalaşdırılması halları ilə mübarizə aparmalı, Qələbənin əhəmiyyətini kiçiltmək, tarixi yenidən yazmaq cəhdlərini qəti şəkildə pisləməliyik”.

loading...

Açar sözlər
Ilham Əliyev , Nizami Gəncəvi , Vladimir Putin , Aleksandr Beqlov , Ərəstun Mehdiyev , Mdb , Prezident Kitabxanası , Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu , Avrasiya Tədqiqatları Fondu , Azərbaycan , Bakı , Rusiya , Sankt-Peterburq
Siyasət xəbərləri
Bakı uğrunda qlobal oyun: İngilislər bolşeviklərlə necə birləşdi?

Bakı uğrunda qlobal oyun: İngilislər bolşeviklərlə necə birləşdi?

26-04-2019 15:25 - Ordu.az - Siyasət


Avantüra xarakterlı plan QİO-nun tərkibindəki Osmanlı hissələrinin yorğunluğuna, azərbaycanlı könüllülərdən təşkil edilmiş hissələrin zəifliyinə, erməni rəhbərlərinin vəd etdikləri "erməni qoşunlarının qəhrəmanlıqları”na, ingilis hərbi texnikası və maliyyə gücünə arxalanırdı. 

 
Beləliklə, hadisələrin gedişi zamanı ingilis hərbi rəhbərliyinin üç planı ilə üzləşirik: 1-ci plan (1917-ci ilin sonlarında hazırlanmış, 1918-ci ilin may ayında 2-ci planla əvəz edilmişdir): rus, gürcü və erməni qoşunlarını nizamlayıb Almaniya və Osmanlı qoşunlarına, sonra isə bolşeviklərə qarşı müdafiə təşkil etmək; 2-ci plan (1917-ci 96 ilin iyunun əvvəllərində hazırlanmış, 1918-ci ilin avqustun sonlarında 3-cü planla əvəz edilmişdir): Bakıda möhkəmlənərək erməni qoşunlarını silah və sursatla, təlimatçılarla təmin etmək, QİO-nun hücumlarının qarşısını almaq, vaxt qazanmaq, əlavə ingilis qoşunları gələndən sonra hücuma keçmək); 3-cü plan (1918-ci ilin avqustun sonlarında hazırlanmış, ingilislərin sentyabrın 14-də evakuasiyası nəticəsində həyata keçirilməmişdir): ingilis qoşunlarını Bakıdan evakuasiya etmək, Sentrokaspi Diktaturasını hərtərəfli dəstəkləmək (silah, sursat, təlimatçılar, Biçeraxovun qüvvələri), döyüşlərin davam etməsi və tərəflərin zəifləməsinə nail olmaq.
Sia.az digər xəbərlər