Fatih Terimdən örnək addım - Federasiyadan aldığı təzminatı uşaq fonduna bağışladı

Fatih Terimdən örnək addım - Federasiyadan aldığı təzminatı uşaq fonduna bağışladı

"Qalatasaray"ınbaş məşqçisi Fatih Terim Türkiyə Futbol Federasiyasından aldığı 5,2 milyon TL təzminatı Uşaq Yardım Fonduna yatırıb.

Faktor.azxəbər verir ki, bu barədə mütəxəssisin vəkili Rezan Epözdemir məlumat verib. O, bu quruma ən böyük yardımın edildiyini deyib.

Qeyd edək ki, Fatih Terim Türkiyə millisindən ayrıldıqdan sonra məhkəməyə şikayət etmiş və federasiyadan təzminat almışdı.

İdman xəbərləri
Faktor.az digər xəbərlər