FƏLƏSTİNLƏ BAĞLI “ƏSRİN SÜLH PLANI”NIN DETALLARI BİLİNDİ –ABŞ və İsrail Yeni Fələstini necə və kimlərlə yaradır?


FƏLƏSTİNLƏ BAĞLI “ƏSRİN SÜLH PLANI”NIN DETALLARI BİLİNDİ –ABŞ və İsrail Yeni Fələstini necə və kimlərlə yaradır?

“Anadolu” İA, Türkiyə, 09 may 2019-cu il

Bir neçə ildir Orta Şərqdə müzakirə edilən, “Əsrin anlaşması” və ya “Əsrin planı” adı verilən, ABŞ və İsrailin Fələstini “buxarlaşdırma” layihəsinin detalları əməlli-başlı ortaya çıxmağa başlayıb. “İsrael Ha Yom” adlı qəzet bu anlaşmanın ehtimal edilən, gözlənilən maddələrini nəşr edib.

Ümumiyyətlə, anlaşma maddələrinə baxdıqda, ictimaiyyətin və islam dünyasının reaksiyasını öyrənmək üçün daha öncə sızdırılan bəzi maddələrin kiçik dəyişikliklərə məruz qaldığı anlaşılır.

Fələstinin böyük qisminin İsrailə verildiyi bu yeni mətndə fələstinlilərə verilməsi nəzərdə tutulan yeni “dövlətciyin” maliyyələşdirilməsi də, demək olar ki, tamamən Körfəz ölkələrinin üzərinə qoyulub.

İsraillə Fələstin Azadlıq Təşkilatı və “HƏMAS” arasında imzalanması nəzərdə tutlan anlaşmaya görə, Qəzza zolağı ilə İordan çayının qərb sahilində (yəhudilər tərəfindən işğal edilən və yaşayış məntəqələri salınan torpaqlar istisna edilməklə) bir Fələstin dövlətinin qurulmasına qərar verilir.

Bu qərar ilk dəfə eşidiləndə qulağa xoş gəlir, amma İordan çayının qərb sahilində salınmış yəhudi yaşayış məntəqələrinin sayı və sıxlığı düşünüldükdə, bunun bir illüziyadan ibarət olduğu asanlıqla anlaşılacaqdır.

İsrailin verdiyi rəsmi rəqəmlərə görə, sahəsi 5 min 655 km2 olan İordan çayının qərb sahilində cəmi 156 yəhudi yaşayış məntəqəsi mövcuddur. 400 mindən çox əhalisi olan bu yaşayış məntəqələrinin Fələstin şəhərlərini mühasirə edərək, onları bir-birindən ayrı adacıqlar halına gətirməsi və bu yaşayış məntəqələrini bir-birinə bağlayan yol şəbəkəsi İordan çayının qərb sahilində belə bir Fələstin dövlətinin qurulmasını faktiki anlamsız hala gətirir.

Doğrusu, “bölgənin boşaldılması” adlanan 2-ci maddədə həm bu yaşayış məntəqələrinin fələstinlilər tərəfindən rəsmən tanınması, həm də təcrid durumunda olan yaşayış məntəqələrinə giriş əldə etmək üçün digərlərinin genişləndirilməsi istənilir. Bu durumda, İordan çayının qərb sahilində göbələk kimi hər yerə yayılmış olan yəhudi yaşayış məntəqələri, hər halda, monolit – bütöv bir Fələstin idarəçiliyinin qurulmasını imkansız edir.

Daha öncə sızdırılan planlarda Qüdsün tam olaraq İsrailin paytaxtı olduğu, fələstinlilərə isə Qüdsün cənubunda Əbu Dis qəsəbəsinin paytaxt olaraq veriləcəyi ifadə edildiyi halda, – ehtimal ki, verilən reaksiyalar səbəbilə, – yeni planda Qüdsün hər iki dövlətin paytaxtı olacağı, ancaq İsrailə bağlı Qüds bələdiyyəsinin şəhərin tamamına görə cavabdeh olacağı və Qüdsdə yaşayan fələstinlilərin vergilərini bu bələdiyyəyə ödəyəcəyi şəklində çaşdırıcı bir oyun qurulmuşdur.

Beləlikə, Qüds faktiki İsrailin, formal olaraq isə həm də Yeni Fələstinin paytaxtı olacaq. Doğrusu, rəsmi rəqəmlərə görə, hazırda sayı 850 mini keçən Qüds əhalisinin 64%-i yəhudi, 34%-i müsəlman, 2%-i isə xristiandır. Yəni, demoqrafik vəziyyət çoxdan dəyişib. Qüdsdəki meyl də (hər zaman olduğu kimi) “öncə əhali, sonra yer adları, ardınca da sərhədlər dəyişər” şəklində olan sosioloji qaydalara uyğun gəlir.

Ola bilsin, Qüdsdə yəhudi və ərəblərin bir-birindən ev almalarının qadağan edilməsi buradakı yeganə müsbət maddə kimi görünsün. Lakin yəhudilərin Qüdsdə əksəriyyəti ələ keçirdiyi nəzərə alınarsa, bunun da ba’de harabi’l-Basra” (“Bəsrə viran olduqdan sonra”) deyiminə çox uyğun olduğu anlaşılar.

Qüdsdəki müqəddəs yerlərin bugünkü statusunun davam etdirilməsinin İsrailin Məscid-i Aksanı işğal etməsini, burada məskunlaşan yəhudilərin və İsrail təhlükəsizlik qüvvələrinin təcavüzkar hərəkətlərini və elmi araşdırma görüntüsü verilən arxeoloji qazıntıları əngəllyə biləcəyi də şübhəlidir.

Qəzza zolağı ilə əlaqədar olan maddələr isə daha öncə sızdırılan planlara uyğundur. Misirin Sina yarımadasında, Qəzza zolağına bitişik yerlərdə hava limanı, fabriklər tikilərək, ticarət və əkinçilik sahələri ayrılaraq Fələstin dövlətinə kirayəyə veriləcək. İsrail və ABŞ “yəhudi tacir” məntiqi ilə hərəkət edərək, işğal edilən sahələrin əvəzinə ərazini Misirdən, onun kirayə haqqını isə Körfəz ölkələrindən almağı planlaşdırır.

Qəzzalılara Sinay yarımadası kimi elə də məhsuldar olmayan Misir ərazisindən torpaq verilərkən, İordan çayının qərb sahilində Orta Şərqin ən məhsuldar ərazilərindən biri olan, Tabəriyə gölü ilə Ölü dəniz arasında yerləşən və İordan çayından suvarılan, malik olduğu yüksək istilik və nəm səviyyəsi sayəsində təbii böyük (uzunluğu 105 km, eni 10 km) istilikxana olan və ilboyu məhsul alınan, dünyanın ən dərin vadisi olan əl-Ğoru isə İsrail özünə götürür.

“Əsrin anlaşması”nın maliyyə öhdəlikləri isə, böyük ölçüdə, Körfəz ölkələrinin üstünə yıxılır. Mətbuata sızdırılan maddələrə görə, qurulacaq yeni Fələstin dövləti üçün beş illik müddət ərzində 30 milyard dollarlıq bir fond yaradılacaq. Bu fondun 20%-ni ABŞ, 10%-ni AB, 70%-ni isə Körfəz ölkələri təmin edəcək. Fələstini işğal edən İsrail isə heç bir şey ödəməyəcək.

Beləliklə, ABŞ cəmi 6 milyard dollar qədər kiçik bir hesab ödəyərək, İsrail isə heç bir şey ödəməyərək, Fələstin və digər tərəflər baxımından, işğalı rəsmiləşdirmiş olacaq.

Təbii, Fələstinin (necə bir dövlət olacaqsa) ordusu olmayacaq, yalnız yüngül silahlı polis gücü olacaq. Yeni Fələstini İsrail qoruyacaq və bunun qarşılığında Fələstin İsrailə pul ödəyəcək. Yəqin, “ciyarı pişiyə təslim etmək” – hələ əlavə pul da vermək elə budur.

Bütün bunların qarşılığında “Hamas” silahı buraxacaq, Qəzzanın blokadası qaldırılacaq, Fələstində demokratik seçkilər keçiriləcək və İsrail həbsxanalarındakı fələstinli dustaqlar hissə-hissə azad ediləcəklər.

Əgər fələstinlilər bu anlaşmanı rədd edərsə, ABŞ Fələstinə verdiyi bütün dəstəyi kəsməklə bərabər, digər dövlətlərin ona yardım etməsini də əngəlləyəcək.

ABŞ, MisirKörfəz ölkələrinin dəstəyini də almış kimi görünən İsrail, olduqca zəif mövqedə olan fələstinlilərə bu və ya buna bənzər maddələri, ehtimal ki, iyun ayında qəbul etdirməyə çalışacaq. Əgər fələstinlilər qəbul edilməsi mümkün görünməyən bu anlaşmanı qəbul etməzlərsə, o zaman oyunpozan tərəf olaraq aldıqları bütün yardımlar kəsiləcək. Yəni, tam olaraq küncə sıxışdırılacaqlar.

“Oğru elə bağırdı, doğrunun bağrı yarıldı” atalar sözü burada yerinə düşür.

Qeyd: Professor Cengiz Tomar hazırda Əhməd Yasəvi adına Beynəlxalq Türk-Qazax Universiteti rektorunun vəzifəsini icra edir.

Tərcümə Strateq.az-ındır

Siyasət xəbərləri
Strateq.az digər xəbərlər
İncəsənət xadimlərinə Prezident mükafatları veriləcək- ADLAR

İncəsənət xadimlərinə Prezident mükafatları veriləcək- ADLAR

10-05-2019 20:02 - Strateq.az - Siyasət
Sərəncamda qeyd edilir ki, səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilsin: Abbasov Tariyel Abbasqulu oğlu Abdullayev Mətləb Fətəli oğlu Abdullayeva Xurşid Lütfəli qızı Abdurahmanov Yusif Fikrət oğlu Adıgözəlov Yalçın Vasif oğlu Axundov Bəxtiyar Ağayar oğlu Allahverdiyev Vasif Kərim oğlu Allahverdiyeva Naibə Siyavuş qızı Babayev Zeynalabdin Abdulla oğlu Babayeva Stella Rza qızı Bağırov Tamerlan Kamal oğlu Baliyeva Natalya Gennadyevna Bayramov Təyyar Allahverdi oğlu Bəxtiyarov Rəşad Bəhram oğlu Bulax Svetlana Mixaylovna Butenko İqor Leonidoviç Cəfərov Mircavad Mirqəfər oğlu Cəfərov Novruz Adil oğlu Cəfərov Samir Qədir oğlu Eldarova Nəsibə Novruz qızı Eyyubov Musa Eyyub oğlu Əbdülsəmədova Zemfira Feyzulla qızı Əhmədli Bəhruz Vaqif oğlu Əhmədov İlkin Qənbər oğlu Ələkbərzadə Mehriban Zaur qızı Əliyev Ələkbər Həsən oğlu Əliyev Sərvər Bəhlul oğlu Əliyev Vahid Əsgər oğlu Əliyev Vaqif Səfər oğlu Əliyeva Böyükxanım Həsənbala qızı Əliyeva Dilarə Asif qızı Əliyeva Gülüstan Həsən qızı Əliyeva Nərgiz Arzu qızı Əliyeva Şəfəq Rəsul qızı Əmirbəyova Rita Cəmil qızı Əmirov Cəmil Fikrət oğlu Əsədova Məleykə Əlifağa qızı Əsədova Səbinə Çingizovna Əsədullayev Toğrul Mirnazim oğlu Əsgərov Əli Rəhim oğlu Əsgərov Əsgər Əkbər oğlu Əsgərov Qoçaq Məhərrəm oğlu Əzizov Əzizağa Ağayar oğlu Ferşdant Makar Sergeyeviç Göyçayev Teymur Ənvər oğlu Gözəlova İradə Vaqif qızı Hacıyeva Fidan Hacıağa qızı Hacıyeva Sevil İnşalla qızı Heybətov Anar Mithət oğlu Heydərova Çinarə Yaşar qızı Həmidov Əjdər Qüdrət oğlu Həsənquliyev Kazım Feyruz oğlu Həsənova İradə Aslan qızı Həşimova Növrəstə Xanəli qızı Hüseynov Tofiq Əbdülrəhim oğlu Hüseynova Gülnarə Hüseyn qızı Hüseynova Kamilla Fikrət qızı Hüseynova Laləzar Ramil qızı Xanızadə Bəxtiyar Oqtay oğlu Xanlarova Mehriban Aslan qızı Xasıyev Nadir Şənbə oğlu Xəlilzadə Rüfət Eldar oğlu İbrahimova Səbinə Vaqif qızı İbrahimova Şəhla İbrahim qızı İmanov Vaxtanq Yaşar oğlu İmanova Gülbacı Əliəkbər qızı İsgəndərova Sənubər Sabir qızı İsmayılov Qurban İbrahim oğlu Kazımov Nicat Mirəziz oğlu Kərimov Fəxrəddin Nuri oğlu Kərimov Loğman Seyfulla oğlu Kərimova Cəmilə Rüstəm qızı Kərimova Qərinə Rəhim qızı Qarayev Elnar Cəfər oğlu Qasımov Məmmədsəfa Məmmədəli oğlu Qasımov Yusif Əli oğlu Qəmbərli Ayaz Vahab oğlu Qəmbərov Salman Hüseyn oğlu Qəribova Nargilə Dursun qızı Qrafkin Boris Fyodoroviç Quliyev Cəmil Elşad oğlu Quliyev Elxan Əlibala oğlu Quliyev Əyyub Ramiz oğlu Quliyev Hafiz Məhərrəm oğlu Quliyev Qabil Əzizulla oğlu Quliyev Rövşən Vaqif oğlu Quliyeva İntizar Təhməzqulu qızı Quliyeva Şəlalə Şahvələd qızı Qurbanov Cahangir Qafar oğlu Qurbanov Oruc İzzət oğlu Qurbanova Gülzar Qurban qızı Qurbanova Pərvanə Yaqub qızı Mahmudov Zülfüqar Xudaverdi oğlu Mehmandarov Mustafa Adil oğlu Məhərrəmov Firudin Əliməmməd oğlu Məmmədxan Ucal İsa oğlu Məmmədov Anar Ramiz oğlu Məmmədov Əbülfəz Səid oğlu Məmmədov Maqsud Fazil oğlu Məmmədov Natiq Hidayət oğlu Məmmədov Sabir Novruz oğlu Məmmədov Səyyad Çapay oğlu Məsimov Qurban Abdulla oğlu Məstanov Vaqif Teyyuboviç Mikayılov Anar Şamil oğlu Mirişli Nazim Ramiz oğlu Mirqasımova Ayan Oqtay qızı Mirzəhəsənov Hüseyn-Səfa Qvaməddin oğlu Mirzəyev Gülağası Ağahüseyn oğlu Mirzəyev Rafiq İsmayıl oğlu Musayeva Səmayə Məmməd qızı Musayeva Şükufə İmran qızı Mustafayev Arzu Əhməd oğlu Mustafayeva Laləzar Bəşir qızı Nəbizadə Zabit Gülxan oğlu Nəsirova Hicran Fətəli qızı Nəzərov İlham İslam oğlu Novruzova Nübar Qulu qızı Nuriyev Nurlan Nurməmməd oğlu Nurzadə Əli Qayıb oğlu Osmanov Bəhram Məcid oğlu Piriyev İvtixar Fəhrat oğlu Poladov Əkrəm Nicat oğlu Rüstəmov Elşən Mərdan oğlu Sabayev Andrey Yuryeviç Sadıqov Anar Babalı oğlu Salahov Əbülfət Yusif oğlu Salmanov Nicat Fərhad oğlu Seyidov Uran Seyidmusa oğlu Səlimli Mirbala Seyidəsgər oğlu Səlimov Ruslan Xanbala oğlu Səmədov Şükür Hacıbala oğlu Spitsina Yelena Eduardovna Süleymanova Ulduz İbrahim qızı Şarovskaya Natalya Yuryevna Şərifəliyeva Səidə Vahid qızı Şərifov Munis Məhəmməd İsmayıl oğlu Şıxəliyev Ramin Tofiq oğlu Şirəliyev Elşən Şıxəli oğlu Şirməmmədov Xamis Xanmirzə oğlu Tağızadə İrana Tofiq qızı Vahabzadə Səbinə Qulam qızı Vəliyev Nofəl Abdulməcid oğlu Vəliyeva Nigar Natiq qızı Yaqubov Şıxı Miriş oğlu Yaqubova Ella İsmayıl qızı Zeynalov Azər Zeynalabdin oğlu Zeynalov Elnur Əli oğlu Zəki Mehriban Mürvət qızı Zülfüqarov Cahangir Oqtay oğlu.