FHN əməkdaşı iş başında qətlə yetirildi - Qatil yaxalandı


Sumqayıt şəhərində Fövqəladə Hallar Nazirliyinin əməkdaşı qətlə yetirilib.

Hadisə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Xüsusi Riskli Xilasetmə Xidmətinin həyətində baş verib.

Naməlum şəxs səhər saatlarında xidmətin ərazisinə daxil olaraq qurumun əməkdaşı, çavuş, 1984-cü il təvəllüdlü Kərimov Emin Vəli oğlunu ürəyindən bıçaqlayaraq qətlə yetirib.

Qətli törədən şəxs polisə könüllü təslim olub və hadisəni namus üstə törətdiyini bildirib.

Sumqayıt Şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, faktla bağlı cinayət işi başlanıb, istintaq gedir./Trend/


Hadisə xəbərləri
Teleqraf.com digər xəbərlər