FHN-in rəhbərliyi tərəfindən respublikanın rayonlarında vətəndaşların qəbulu keçiriləcək

FHN-in rəhbərliyi tərəfindən respublikanın rayonlarında vətəndaşların qəbulu keçiriləcək

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən 14 may 2019-cu il tarixində Göyçay şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 11:00-dan Göyçay rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək.

FHN-dən Milli.Az-a verilən məlumata görə, qəbula gələn vətəndaşların qeydiyyatı 13 may 2019-cu il tarixində Heydər Əliyev Mərkəzinin binasında saat 09:00-dan başlayacaq.

Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin birinci müavini Rəfail Mirzəyev tərəfindən 14 may 2019-cu il tarixində Kürdəmir şəhərində, Dövlət Yanğından Mühafizə hissəsinin inzibati binasında saat 11:00-dan Kürdəmir rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 14 may 2019-cu il tarixində Dövlət Yanğından Mühafizə hissəsinin inzibati binasında saat 09:00-dan başlayacaq.

Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev tərəfindən 14 may 2019-cu il tarixində Ucar şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 11:00-dan Ucar rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 14 may 2019-cu il tarixində Heydər Əliyev Mərkəzinin binasında saat 09:00-dan başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə: tel: +994 (12) 512-01-14; e-mail: [email protected]

Milli.Az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Siyasət xəbərləri
Metbuat.az digər xəbərlər