FIFA 7 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb

FIFA 7 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb

Bunlardan 7-si futbolçu, biri isə menecerdir

FİFA İntizam Komitəsi təşkilatın intizam kodeksini pozan səkkiz şəxsi ömürlük futboldan uzaqlaşdırıb.

Futbolçulardan Karlon Myurrey, Keyno Tomas (hər ikisi Trinidad və Tobaqo), Xellinqs Mvakasunqula (Malavi), İbrahim Karqbo (Sierra Leone), Seidat Çomoqo (Benin), Leonel Duarte (Kuba), Məhəmməd Salim İsrafil Koxistani (Əfqanıstan) və zimbabveli menecerKudzanay Şaba danışılmış oyunlara görə hər hansı bir futbol fəaliyyətindən ömürlük kənarlaşdırılıb.

Qurum keniyalı Cordc Obino Audiyə isə 10 illik cəza verib. O həmçinin 15 min İsveçrə frankı məbləğində cərimələnib. (Report.az)

pia.az