FIFA "Çelsi"nin etirazını rədd edib

FIFA "Çelsi"nin etirazını rədd edib

FIFA İngiltərənin "Çelsi" klubuna tətbiq etdiyi transfer qadağasından apelyasiyasını rədd edib.

İnterPress.Az xəbər verir ki, ali futbol qurumunun qərarı qüvvədə qalıb. London təmsilçisi iki transfer pəncərəsində yeni futbolçu qeydiyyatdan keçirə bilməyəcək.

Qadağa klubun futzal və qadın futboluna şamil olunmayacaq. FIFA həmçinin "Çelsi"ni 600 min İsveçrə frankı məbləğində cəzalandırıb.

Qeyd edək ki, "Çelsi" bu qərara görə İdman Arbitraj Məhkəməsinə (CAS) etiraz etmək hüququna malikdir.

İnterPress.Az


İdman xəbərləri
Interpress.az digər xəbərlər