Fikrət Məmmədov CISCO şirkətinin vitse-prezidenti ilə görüşüb

Fikrət Məmmədov CISCO şirkətinin vitse-prezidenti ilə görüşüb

Aprelin 25-də ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, IT texnologiyaları sahəsində dünyada tanınmış lider şirkətlərdən olan CISCO-nun Azərbaycanla səmərəli əməkdaşlığından məmnunluğunu ifadə edən nazir Prezident İlham Əliyevin siyasi iradəsi ilə ədliyyə və məhkəmə sistemində aparılan islahatlar, bu sahədə tətbiq olunan rəqəmsal texnologiyalar, o cümlədən “Elektron məhkəmə” informasiya sisteminin, probasiya fəaliyyətində elektron nəzarət vasitələrinin – elektron qolbağın tətbiqi, elektron ədliyyə köşkü və digər innovasiyalar barədə ətraflı məlumat verib.

Dövlətimizin başçısının aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanın bu istiqamətdə işlərin yeni mərhələsi olmaqla daha sistemli və müasir çağırışlara uyğun həyata keçirilməsinə, qabaqcıl texnologiyaların geniş tətbiqinə təkan verdiyi vurğulanaraq bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsini şərtləndirdiyi qeyd olunub.

CISCO-nun vitse-prezidenti vurğulayıb ki, Azərbaycanda həm möhkəm sabitlik var, həm də ölkə Prezidenti dünyada nadir liderlərdəndir ki, müasirliyə, rəqəmsallaşmaya xüsusi önəm verir və bu, dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Bütün bunları nəzərə alaraq Azərbaycanla əməkdaşlıq etmək bizim əsas prioritetlərimizdəndir.

Qonaq, həmçinin dövlətimizin başçısı ilə görüşlərində Prezident tərəfindən ölkədə bütün sahələrdə, o cümlədən ədliyyə fəaliyyətində müasir texnologiyaların tətbiqinə böyük diqqət göstərildiyinin və bunun təzahürü olaraq Azərbaycana səfərlər edərkən dinamik proqresə nail olunmasının şahidi olduğunu söyləyib. Q.Didrix ədliyyə və məhkəmə sistemində yenilikləri böyük maraqla qarşılayaraq əldə olunan nailiyyətlərdən heyranlığını ifadə edib və bu münasibətlə Azərbaycan tərəfini təbrik edib. O, ölkəmizin qabaqcıl təcrübəsinin bir çox digər dövlətlər üçün örnək olmaqla faydasını vurğulayıb, qarşılıqlı fəaliyyətin genişləndirilməsinə və həyata keçirilən islahatlara dəstək verməyə hazır olduqlarını qeyd edib.

Görüşdə CISCO şirkətinin ədliyyə və məhkəmə sistemində həyata keçirdiyi layihələr, o cümlədən IT texnologiyaları üzrə tədris və digər qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qonaqlar nazirlikdə ədliyyə tarixi muzeyi ilə tanış olublar.

loading...

Siyasət xəbərləri
"Dördgünlük müharibə"də fərqlənən əsgərlərimiz xalq arasında (FOTO)

"Dördgünlük müharibə"də fərqlənən əsgərlərimiz xalq arasında (FOTO)

25-04-2019 15:35 - Baku.ws - Siyasət
Hərbçilərə alqış sədaları altında fəxri fərman və nişanlar təqdim edilib. Hərbi vətənpərvərlik tədbiri iştirakçılarda nikbin duyğular yaradıb, qələbəyə inam hissini daha da artırıb.     Beyləqan şəhərində Müdafiə Nazirliyi və Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan "Sən Vətənin sipəri, xalqımın qürurusan" adlı kütləvi hərbi şöhrət bayramı ordu ilə xalqın monolit birliyinin nümayişinə çevrilib. Tədbirdə aprel ayının əvvəllərində qoşunların təmas xəttində şücaət göstərmiş hərbi hissələrin nümayəndələri, eləcə də Beyləqan rayonundan olan hərbi qulluqçular, döyüşlərdə göstərdikləri qəhrəmanlıq və igidliyə görə yüksək fəxri ada layiq görülən hərbçilər, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, gənclər iştirak ediblər. Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani çıxış edərək, xalqla ordunun monolit birliyindən, aprelin əvvəllərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan ordusunun verdiyi layiqli cavabdan danışıb, Silahlı Qüvvələrimizin işğal altındakı torpaqlarımızı Ali Baş Komandanın əmri ilə azad etməyə hazır olduğunu bildirib. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev tədbirdə çıxış edərək vurğulayıb ki, beyləqanlılar həmişə Azərbaycan ordusuna dayaq olublar, Heydər Əliyev ideyalarına sadiqdirlər, Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə hər an respublikamızın ərazi bütövlüyü uğrunda savaşa atılmağa hazırdırlar. Tədbirdə Silahlı Qüvvələrin mahnı və rəqs ansamblı, Beyləqan rayonunun incəsənət ustaları hərbi vətənpərvərlik mövzusunda mahnılar və rəqslər təqdim ediblər.
Sia.az digər xəbərlər