Fikrət Sadıxov: “Sudanda baş verən hadisələrin səbəbləri aydındır”

Fikrət Sadıxov: “Sudanda baş verən hadisələrin səbəbləri aydındır”

Politoloq Fikrət Sadıxov deyir ki, bu insanlar törətdikləri cinayət əməllərinə görə cəzalanmalıdırlar

RADİOFikrət Sadıxov: “Sudanda baş verən hadisələrin səbəbləri aydındır”

“Türkiyə Sudanda tezliklə demokratiyanın bərpa olunacağına ümid edir”. Bunu Türkiyə başçısı Rəcəb Tayyib Ərdoğan Sudanda hərbi çevrilişi şərh edərkən deyib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Sudanda baş vermiş hərbi çevrilişin digər ölkələrdə baş verəcəyini əvvəlcədən deyə bilmərəm:

“Amma Sudanda baş verən hadisələrin səbəbləri aydındır. Bu ölkədə xalqına 30 illik hakimiyyəti ərzində zülm edən dövlət başçısı devrilib. Sudan dövlət başçısına qarşı beynəlxalq cinayət məhkəməsinin qərarı var idi. Bundan sonra Sudanda demokratik rejimin bərpa olunub-olunmayacağını dəqiq demək olmaz. Ancaq bu insanlar törətdikləri cinayət əməllərinə görə cəzalanmalıdırlar”.

Qeyd edək ki, Sudan ordusu fövqəladə iclasında ölkə prezidenti Ömər əl-Bəşiri tutduğu bütün vəzifələrdən azad etmək və ölkə hakimiyyətini istefaya göndərmək qərarına gəlib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Siyasət xəbərləri
Yol polisinə taksidə tütün çəkilməsinə görə cərimələmək hüququ verilib

Yol polisinə taksidə tütün çəkilməsinə görə cərimələmək hüququ verilib

15-04-2019 17:24 - Apa.az - Siyasət
Beləliklə, taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə inzibati xətalar haqqında işlərə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, onun müavinləri, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin rəisi, ərazi polis orqanlarının dövlət yol polisi idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının dövlət yol polisi bölmələrinin rəisləri, ərazi polis orqanlarının dövlət yol polisi qruplarının rəhbərləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının dövlət yol polisi şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları baxacaq.
Sputnik.az digər xəbərlər