Fikri səsə çevirən implant yaradılıb

Kaliforniya Universitetinin nevroloqları beyin siqnallarını dekodlaşdıran və onları sintezlənmiş nitqə çevirən implant yaradıblar.
Olaylar.az bildirir ki, texnologiya əsasında neyron nitq protezlərinin yaradılması planlaşdırılır.
Nevroloji cərrahiyyə professoru Edvard Çanq, tarixdə ilk dəfə insan beyninin aktivliyi əsasında bütöv şifahi cümlələri generasiya edə biləcəklərini deyib.
Bu onu sübut edir ki, artıq mövcud texnologiya vasitəsilə danışıq qabiliyyətini itirən xəstələr üçün kliniki baxımdan işlək qurğu yaratmaq mümkündür.
Texnologiyanın tibdə kütləvi tətbiqinə nə vaxt başlanacağı barədə məlumat verilmir.