Filippində baş verən zəlzələ nəticəsində 8 nəfər həlak olub

Filippində baş verən zəlzələ nəticəsində 8 nəfər həlak olub

Filippinin mərkəzi hissəsində, Luson adasında dünən baş verən zəlzələ nəticəsində həlak olanların sayı səkkiz nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Rappler portalı yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Əvvəlcə 5 nəfərin həlak olduğu bildirilirdi. Lakin sonra daha üç nəfərin cəsədi ərzaq mağazasının dağıntıları altından çıxarılıb.

Xəbər veridyimiz kimi, aprelin 22-də axşam saatlarında Luson adasının mərkəzi hissəsində 6,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsində nəqliyyatın hərəkətində fasilələr yaranıb.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Açar sözlər
Filippin
Hadisə xəbərləri
Musavat.com digər xəbərlər