“Formula 1” pilotu qəzaya düşdü, maşınının təkəri qopdu - Foto

“Formula 1” pilotu qəzaya düşdü, maşınının təkəri qopdu - Foto

"Formula 1" üzrə Azərbaycan Qran-prisində növbəti qəza baş verib.

İkinci sərbəst yürüş zamanı Böyük Britaniyanın "Racing Point" komandasının sürücüsü Lens Strollun idarə etdiyi bolid beton səddə çırpılıb. Zərbənin gücündən maşının sol təkəri sıradan çıxıb. Bolid trasdan evakuasiya olunub.

Qeyd edək ki, ilk sərbəst yürüş zamanı Böyük Britaniyanın "Williams" komandasının pilotu Corc Rassellin idarə etdiyi bolid drenaj lyukunun qapağına toxunaraq qəzaya uğrayıb. Bu səbəbdən birinci yürüş ləğv olunub./report/

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

İdman xəbərləri
Olaylar.az digər xəbərlər