“Formula 1”: Rusiyalı pilotun maşını yanıb

“Formula 1”: Rusiyalı pilotun maşını yanıb

26 Aprel 2019, 18:31 | AKTUAL

“Formula 1”: Rusiyalı pilotun maşını yanıb

“Formula 1” üzrə Azərbaycan Qran-prisində daha bir qəza baş verib.

Modern.az xəbər verir ki, ikinci sərbəst yürüş zamanı “Toro Rosso”nun pilotu Daniil Kvyat xoşagəlməz halla üzləşib. Yeddinci döngədə divara çırpılan rusiyalı sürücünün bolidinin təkərləri yanmağa başlayıb. Alov qısa müddətdə söndürülüb. Maşın evakuasiya olunub.

İdman xəbərləri
Modern.az digər xəbərlər