“Formula-1”: Start xəttinə gecikən pilot qəza keçirib və çıxışını başa vurub

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin ikinci sərbəst yürüşü 18 pilotla start götürüb
İlk yürüşdə bolidi qəzaya uğrayan Corc Rossell kimi Daniil Kvyat da start xəttinə çıxmayıb.
Ad gününü Bakıda qeyd edən rusiyalının yarışa vaxtında qatılmamasının səbəbləri açıqlanmır. Onun avtomobilinin sükanının hidravlikası ilə bağlı problemin olduğu ehtimal edilir. İlk yürüşdə də cəmi iki dövrə vuran D.Kvyat yalnız sonradan pilotlara qoşulub. Lakin qəza törədən rusiyalının bolidində problemlər üzə çıxıb. O, bu səbəbdən də çıxını başa vurub.(ONA)