Formula 1 üzrə ikinci sərbəst yürüşdə növbəti qəza baş verib

Formula 1 üzrə ikinci sərbəst yürüşdə növbəti qəza baş verib

Bakı, 26 aprel, AZƏRTAC

Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşündə növbəti qəza baş verib.

AZƏRTAC xəbər verir ki, “Toro Rosso” komandasının rusiyalı pilotu Daniil Kvyat idarəetməni itirərək bolidi baryerə çırpıb. Qəza nəticəsində bolidin təkəri qırılıb. O, yararsız hala düşdüyü üçün trekdən kənarlaşdırılıb.

AZERTAG.AZ :Formula 1 üzrə ikinci sərbəst yürüşdə növbəti qəza baş verib

İdman xəbərləri
Azertag.az digər xəbərlər