“Formula-1”də pilotları rəqqaslar müşayiət edəcək

“Formula-1”də pilotları rəqqaslar müşayiət edəcək

Bakıda keçiriləcək "Formula-1” yarışından öncə sürücülərin paradı keçiriləcək.


Oxu.Az-ın xəbərinə görə, iştirakçı olan pilotlar yarış günü - aprelin 28-də xüsusi xalça üzərində yürüş edəcək.


Xalça üzərində 1001 rəqəmi yazılacaq. Bu isə Azərbaycan Qran-Prisinin 1001-ci yarış olması ilə əlaqədardır.


Onları 25 rəqqas müşayiət edəcək.


Bundan başqa, Azərbaycan Respublikasının himni yenə qeyri-adi şəkildə səsləndiriləcək. Belə ki, himn Bəyimxanım Vəliyeva və Nurlan Növrəsli tərəfindən oxunacaq.


Himn tar, nağara, violançel və timpani alətləri vasitəsilə çalınacaq.

www.anews.az

loading...

İdman xəbərləri
Anews.az digər xəbərlər