“Formula 1”ə həsr olunmuş poçt markası buraxıldı - FOTO

“Formula 1”ə həsr olunmuş poçt markası buraxıldı -  FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən “FORMULA 1 AZERBAİJAN GRAND PRİX” adlı poçt markası dövriyyəyə buraxılıb.

Metbuat.az xəbər verir ki, sözügedən marka 26-28 aprel tarixlərində Bakıda keçiriləcək “Formula” Azərbaycan Qran Prisinə həsr edilib.

Rəssamı Vüqar Eyyubov olan, bir markadan ibarət blok və 8 markadan ibarət suvenir vərəq şəklində buraxılmış marka Fransanın “Cartor Security Printing” nəşriyyatında çap olunub.

Blokun və suvenir vərəqin tirajı ayrı-ayrılıqda 10 000 ədəd təşkil edir.


You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Vüqar Eyyubov , Rabitə Və Yüksək Texnologiyalar Nazirliyi , Azərbaycan Xəbərləri Class , Bakı Xəbərləri Class , Fransa Xəbərləri Class , Azərbaycan , Bakı , Fransa
İKT xəbərləri
Metbuat.az digər xəbərlər