Formula 2 üzrə sıralama yarışının vaxtı dəyişdirildi -Tras yoxlanılır

Bakıda keçirilən Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində saat 15:00-a planlaşdırılan Formula 2 üzrə sıralama yarışının vaxtı dəyişdirilib.
Buna səbəb “Williams” komandasının üzvü Corc Rassel Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşü zamanı kanalizasiya qapağına ilişərək qəza törətməsi olub.
Bu qəzadan sonra bütün yol yenidən yoxlanılır. Elan edilib ki, Formula 2 üzrə sıralama yarışı saat 15:30-da başlayacaq. (Musavat.com)
Açar sözlər
Socar
, Azərbaycan
, Bakı