Formula 2 üzrə sıralanma turu başladı

Formula 2 üzrə sıralanma turu başladı

"Formula-1" üzrə SOCAR Azərbaycan Qran-prisi çərçivəsində "Formula-2" yarışlarının sıralanma turu keçirilir

Yarışda 20 pilot iştirak edir.

Pilotlardan Luis Deletras, Nobuharu Matsuşita ("Carlin"), Nikita Mazepin, Nik de Vris ("Art Grand Prix"), Serxio Sette Kamara, Nikolas Latifi ("DAMS"), Quanyu Jou, Luka Çiotto ("Uni-Virtuosi"), Mik Şumaxer, Sean Qelael ("PREMA Racing"), Kallum İlott, Xuan Korrea ("Sauber"), Dorian Bokkolaççi, Cək Aitken ("Campos Racing"), Yordan Kinq, Manaveer Raqhunathan ("MP Motorsport"), Tatyana Kalderon, Antoni Hubert (BWT Arden), Culiano Alesi və Ralf Boşunq ("Trident") yarışır.

Qeyd edək ki, bugünkü sərbəst yürüşlər zamanı bunlardan müvafiq olaraq "UNİ-Virtuosi" komandasının pilotu Luka Qiotto, "Carlin" komandasından Nobuharu Matsuşita və "MP Motorsport"dan Cordan Kinq ən yaxşı nəticə göstəriblər.

Xatırladaq ki, 2019-cu il mövsümündə ilk mərhələdən sonra Luka Çiotto 37 xalla Formula 2 yarışında birincidir. İkinci pillədə Nikolas Latifi, üçüncü yerdə Serxio Sette Kamara qərarlaşıb.

Ümumilikdə Formula 2 pilotları arasındakı qalib 12 mərhələnin nəticələri əsasında məlum olacaq.

pia.az