Formula 2 yarışlarının sıralanma turuna start verilib

Formula 2 yarışlarının sıralanma turuna start verilib

Bakıda Formula 2 yarışlarının sıralanma turuna start verilib. SİA-nın məlumatına görə, Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 10 komanda birincilik uğrunda mübarizə aparır.

Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən yarışda əvvəlcə pilotlar sərbəst yürüşlərdə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “UNI-Virtuosi” komandasının pilotu Luka Qiotto bütün rəqiblərini qabaqlayıb. İkinci ən yaxşı nəticə “Carlin” komandasından Nobuharu Matsuşitaya, üçüncü nəticə isə “MP Motorsport”un sürücüsü Cordan Kinqə məxsusdur.

loading...

İdman xəbərləri
Sia.az digər xəbərlər