“Formula”da bolidinin biri iki nəfəri vurdu, digərinin təkəri qopdu — VİDEOLAR

“Formula”da bolidinin biri iki nəfəri vurdu, digərinin təkəri qopdu — VİDEOLAR

“Formula-1” üzrə Azərbaycan Qran-Prisində növbəti qəza baş verib.

"Ölkə.Az"ın məlumatına görə, hadisə marşallar nasazlıq yaranan “Formula-2” pilotu Şon Qlaelə yardım edən zaman baş verib.

Bu zaman bolid hərəkətə gəlib və iki marşalı vurub. Hadisə zamanı marşallar xəsarət almayıb.

Qeyd edək ki, bundan öncə “Williams” komandasının pilotu Corc Rassellin bolidi kanalizasiya lyukuna ilişdikdən sonra onu aparan evakuasiya maşınının kranı da yerüstü piyada keçidinə dəyib.

Həmçinin, “ART Grand Prix” komandasının rusiyalı pilotu Nikita Mazepin dönmə edərkən qəza edib.

"Ölkə.Az" xəbər verir ki, ikinci sərbəst yürüş zamanı “Racing Point” komandasının sürücüsü Lens Strolun idarə etdiyi bolid beton səddə çırpılıb.

Zərbənin gücündən maşının sol təkəri sıradan çıxıb. Bolid trasdan evakuasiya olunub.

Qeyd edək ki, ilk sərbəst yürüş zamanı Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassellin idarə etdiyi bolid drenaj lyukunun qapağına toxunaraq qəzaya uğrayıb. Bu səbəbdən birinci yürüş ləğv olunub.

İdman xəbərləri
Olke.az digər xəbərlər