"Forum dünyanı xilas etmək yolunda mühüm təşəbbüsdür" ÖZƏL-MÜNASİBƏT

"Forum dünyanı xilas etmək yolunda mühüm təşəbbüsdür" ÖZƏL-MÜNASİBƏT

"Son zamanlar dünyada münaqişələrin artması, miqrant problemləri, irqi və dini dözümsüzlük müxtəlif ölkələr və xalqlar arasında ziddiyyətlər yaradıb". Bu sözləri SİA-ya millət vəkili Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, bu ziddiyyətlər getdikcə də dərinləşməkdədir: "Keçən əsrlərdə baş verən, unudulduğu düşünülən ziddiyyətlər yeni ortaya çıxmış və bütövlükdə planeti təhlükəyə doğru sürükləməkdədir. İndi olduğu qədər bəşər tarixində heç bir zaman bu qədər mədəniyyətlərarası dialoqa ehtiyac olmayıb. Baş verən ziddiyyətlərin aradan qaldırılmasının ən doğru yolu məhz dialoq, qarşılıqlı hörmət və anlaşmadır. Azərbaycanın müasir dünyada rolu da məhz bu dəyərlər üzərində qurulub. Ölkə başçısının apardığı yeni dəyərlər yaradan siyasəti və bunun nəticəsi olaraq Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyanı xilas etmək yolunda mühüm təşəbbüs və addımdır. Məhz Azərbaycanın qlobal dialoqun mərkəzinə çevrilməsi ölkə başçısının uzun illər apardığı sülhə və əməkdaşlığa əsaslanan siyasətinin uğurudur. Bütün xalqlar, bütün dinlərin nümayəndələri bir-biri ilə sıx təmasda olmalı, bütün problemləri açıq şəkildə müzakirə etməli, öz fikirlərini bildirməlidirlər. Bakı, Azərbaycan belə mötəbər tədbirlərin keçirilməsi üçün artıq ənənəvi bir məkana çevrilib. Əlbəttə, bunun həm coğrafi, həm tarixi, həm də mədəni əsasları var. Bu forumdan sonra yəqin ki, Mədəniyyətlərarası Dialoq Forumu ənənəvi xarakter alar".

loading...

Siyasət xəbərləri
Sia.az digər xəbərlər