"Forum mənə daha fərqli təəssürat bağışladı" RƏY-ÖZƏL

"Forum mənə daha fərqli təəssürat bağışladı" RƏY-ÖZƏL

"Artıq ikinci dəfədir ki, Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edirem. Forumda müzakirə olunan məsələlər bütün dünya üçün əhəmiyyətlidir". Bu fikirləri SİA-ya açıqlamasında Özbəkistanın mədəniyyət naziri Baxtiyar Sayfullayev deyib.

O bildirib ki, İslam dini nə terror, nə də radikalizm dini deyil: "İslam dini dünyada ən sülhsevər dindir. Biz bunu təbliğ etməliyik". "Builki Bakı prosesi mənə daha fərqli təəssürat bağışladı. V Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu yüksək səviyyədə təşkil edilib. Prosesə uğurlar arzulayıram", - deyə nazir bildirib.

B.Seyfullayev bu gün həmkarı Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevlə görüşdüyünü də bildirib: "Görüşdə əməkdaşlıq məsələlərini müzakirə etdik. Biz həm Azərbaycan, həm də Özbəkistan mədəniyyətini birgə təbliğ etmək niyyətindəyik".

loading...

Siyasət xəbərləri
Sia.az digər xəbərlər