Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib

Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Frankofoniya həftələrinin yekunu olan "Quoi? Où? Quand?" adlı konsert proqramının keçirilməsinə dəstək göstərib. Konsert Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələrinin iştirakı ilə keçirilib.


AZXEBER.COM xəbər verir ki, tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellos, Belçika Krallığının Azərbaycandakı səfiri Bert Şufs, "Bakcell” şirkətinin və Fransız Mədəniyyət İnstitutunun nümayəndələri, həmçinin, UFAZ-ın professor-müəllim heyəti və tələbələr iştirak edib.


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) ölkənin ən nüfuzlu təhsil ocaqlarından biridir. Frankofoniya günləri və digər tədbirlərin təşkili vasitəsilə UFAZ Fransız dili və mədəniyyətini təşviq edir və tələbələrin bədiilik və musiqi bacarıqlarının artırılmasına öz töhfəsini verir.


Bakcell şirkəti tədbirin sponsoru olaraq Azərbaycan tələbələri və gənclərinə xüsusi diqqət ayırmaqla ölkədə təhsilin inkişafına öz dəstəyini əsirgəmir.

Açar sözlər
Mustafa Babanlı , Bakcell , Azərbaycan Dövlət Neft Və Sənaye Universiteti , Azərbaycan , Fransa , Yunanıstan , Belçika Krallığı
İKT xəbərləri
Azxeber.com digər xəbərlər
Azərbaycana qarşı “4 kalon”dan hücum və “5-ci kalon”un missiyası

Azərbaycana qarşı “4 kalon”dan hücum və “5-ci kalon”un missiyası

23-04-2019 14:52 - Azxeber.com - Siyasət
Beləliklə, tarixin sonrakı dövründə bütün hərbi və siyasi hücumlarda "5-ci kalon” təcrübəsindən gen-bol istifadə edildi.
Bu gün Avropa İttifaqı (Aİ) ilə strateji saziş imzalamağa hazırlaşan Azərbaycanın üzərinə edilən hücum məhz frankistlərin üslubunu xatırladır: "4 kalon” xaricdən, "5-ci kalon” daxildən hərəkətə keçib.
Hədəf imzalanacaq sazişin qarşısını almaqdır və bu, səbəbsiz deyil:


a) Aİ ilə imzalanacaq saziş ilk növbədə Azərbaycanın geosiyasi mənzərədə strateji mövqeyini gücləndirəcək;
b) Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı zəmin daha da artacaq;
c) Azərbaycanın iqtisadi imkanları genişlənəcək və bu, əhalinin sosial rifahının daha da yaxşılaşması, "Avropa standartları” deyilən səviyyəyə yüksəlməsi ilə nəticələnəcək;
– Son dövrlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar bu prosesin başlandığını göstərir və dövlət başçısının elan etdiyi "sosial paket”də birbaşa vətəndaşlara yönələn sosial layihələr yer alıb.
Aİ ilə imzalanması planlaşdırılan saziş özündə kifayət qədər geniş imkanları əks etdirir. Anti-Azərbaycan qüvvələri narahat edən də məhz budur və bu gün onlar 5 kalondan hücuma keçiblər.
"Birinci kalon” – Ermənistan:işğalçı ölkəni narahat edən əsas məqam Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllidir.