Fransa prezidenti: "Vecimə də deyil"

Fransa prezidenti: "Vecimə də deyil"

Fransa prezidenti Emmanuel Makron 2022-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyəcək.

Publika.az xəbər verir ki, bu barədə prezidentin özü məlumat yayıb.

“Sarı jiletlilər” aksiyası ilə bağlı təşkil edilən milli müzakirədən sonra Eliz Sarayında mətbuat konfansı keçirən Makron jurnalistlərin “növbəti seçkilərdə namizədliyinizi irəli süərəcəksinizmi” sualını belə cavablandırıb:

“Növbəti seçki vecimə də deyil. Vəzifəmi uğurla başa çatdırmaq istəyirəm. Ölkəmin uğurlu olmasını istəyirəm. Çünki onu hər şeydən daha çox sevirəm. Bu gün bu, mənim mövzum deyil. 5 il öncə də deyildi”.

Makron daha sonra parlamentdə millət vəkili və senator sayının 25-30% azaldılacağını açıqlayıb. Bildirib ki, paramentdə bütün siyasi partiyalar bərabər sayda təmsil olunacaq.

Zümrüd

Açar sözlər
Emmanuel Makron , Fransa
Siyasət xəbərləri
Azərbaycanlıların Osmanlı Türkiyəsinə yardımı - Çanaqqala zəfəri

Azərbaycanlıların Osmanlı Türkiyəsinə yardımı - Çanaqqala zəfəri

26-04-2019 15:25 - Ordu.az - Siyasət

“Azərbaycanlıların Çanaqqala döyüşlərində iştirakı və Birinci Dünya müharibəsində Osmanlı ordusunda vuruşan azərbaycanlılar” mövzusu ilə bağlı Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivində və Genelkurmay Askeri Tarix və Strateji Etüd Arxivində apardığımız uzunmüddətli tədqiqatların yekunlarına görə, Birinci Dünya müharibəsi illərində könüllü olaraq Osmanlı ordusuna qatılan və Antantaya qarşı vuruşan, şəhid düşən və ya qazi olan azərbaycanlıları amallarına görə iki qrupa bölə bilərik:


1) Bütün İslam dünyasının xəlifəsi olan Osmanlı sultanının cihad çağırışına müsbət yanaşıb sidqi-ürəklə cihada qatılanlar;
2) Antanta ölkələrinin işğalı altında olan vətənlərini müstəmləkə rejimindən azad etmək üçün Osmanlı dövlətindən yardım uman və ona güvənən aydınlar.

“Azərbaycanlıların Çanaqqala döyüşlərində iştirakı” problemini öyrənmək üçün Başbakanlıq Osmanlı Arxivində olan bütün Çanaqqala dosyaları (təxminən 1200 portfel), ATASE arxivində Çanaqqala döyüşləri və bütövlükdə Birinci Dünya müharibəsi ilə bağlı bütün kataloqlar, Milli Savunma Bakanlığı Arxivinin 330.000 şəhidin adının yer aldığı “Şəhid Təsbit Projesi” tamamilə, 1914-cü ildən bəri bu günə qədər Türkiyədə nəşr olunan bütün qəzet və jurnallar, eyni zamanda 1914-cü ildən indiyə qədər Çanaqqala və bötövlükdə Birinci Dünya müharibəsi ilə bağlı türk dilində dərc olunan bütün elmi nəşriyyat tərəfimizdən araşdırıldı.
Publika.az digər xəbərlər