Fransada 17 yaşlı oğlanın girov götürdüyü 6 nəfər azad edildi - YENİLƏNİB

Fransada 17 yaşlı oğlanın girov götürdüyü 6 nəfər azad edildi - YENİLƏNİB

Tuluz yaxınlığındakı Blanyakda bar-tütün satış məntəqəsində götürülən girovlar azad edilib.


Girovların satış məntəqəsinin müdiri, onun qızı və işçiləri olduğu bildirilib.


Girov götürən 17 yaşlı gəncin heç bir tələbi yoxdur. Silahlı gənc hələ də satış məntəqəsində qalmaqdadır. Əvvəllər zorakılığa, oğurluğa görə polis tərəfindən saxlanılmış Yannis adlanan bu gənc özünü “sarı jiletlər”in döyüşçüsü kimi təqdim edir.


***


Tuluz şəhərinin şimal-qərbində yerləşən Blanyak kommunasında bar-tütün satış məntəqəsində girov götürülən 6 nəfərdən 2-si azad edilib.


Girov götürən şəxs Blanyakın 17 yaşlı sakinidir. Hazırda 4 girov qadının azad edilməsi üçün əməliyyat aparılır.


Girov götürən şəxs özünü “sarı jiletlilər”in silahlı qanadının üzvü adlandırıb. Polis artıq bir neçə saatdır danışıqlar aparsa da, o girov götürməsinin səbəbləri və nə istəməsi barədə danışmayıb. Hökumət hadisənin terrorla əlaqəsinin olmadığını bildirir.


Girov götürən şəxs iki dəfə polisə atəş açıb. Onun hadisə yerinə motosikletdə gəldiyi, başına isə kameralı motosiklet şlemi geydiyi bildirilib.

Hadisə xəbərləri
Moderator.az digər xəbərlər