Fransada II Dünya müharibəsinin başa çatmasının ildönümü qeyd olunub

Fransada II Dünya müharibəsinin başa çatmasının ildönümü qeyd olunub

Fransada II Dünya müharibəsinin başa çatmasının 74-cü ildönümü münasibətilə təntənəli mərasim keçirilib.

REAL "Report"a istinadən xəbər verir ki, əvvəlcə Fransa prezidentiEmmanuel MakronKlemanso meydanında yerləşən general Şarl de Qolun heykəli önünə əklil qoyub.

Daha sonra dövlət başçısı Yelisey çöllərinə Zəfər Tağınadək gedərək naməlum əsgərin məzarı üzərinə əklil qoyub və məşəli yandırıb. OnuFransanın baş naziriEduar Filip, Milli Assambleyanın prezidentiRişar Ferrandvə Senatın prezidentiJerar Larşemüşayiət ediblər.Mərasimdə Fransanın keçmiş prezidentləriNokola Sarkozi,Fransua Olland, həmçininŞarl de Qolun nəvəsi də iştirak edib.

Tədbirdə Fransanın dövlət himni səsləndirilib, II Dünya müharibəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xatırladaq ki, Yelisey çöllərində yerləşən naməlum əsgərin məzarı üzərindəki abidə 2018-ci il dekabrın 1-də"sarı jiletlilər"in aksiyası zamanı dağılmışdı. Abidəyenidən bərpa olunub.

Siyasət xəbərləri
Realtv.az digər xəbərlər