Fransanın Daxili İşlər naziri: “Gürcüstan vətəndaşlarının qanunsuz miqrasiyası bizim üçün başağrısına çevrilib”

Fransanın Daxili İşlər naziri: “Gürcüstan vətəndaşlarının qanunsuz miqrasiyası bizim üçün başağrısına çevrilib”

“Gürcüstan dinamik ölkədir və belə bir ölkədən bu qədər sığınacaq axtaranların gəlməsi olduqca anormal haldır”.

“Report” “Interpress News”a istinadən xəbər verir ki, bunu Fransanın Daxili İşlər naziriKristof KastanerTbilisidə gürcüstanlı həmkarıGiorgi Qaxariailə danışıqlardan sonra keçirilənmətbuat konfransında bildirib.

“Gürcüstan təhlükəsiz və əmin-amanlıq olan, müharibənin getmədiyi bir ölkədir. Gürcülər hər yerə, o cümlədən Fransaya səyahət edə bilərlər. Lakin onlar El Dorado xülyalarına qapılır, amma Fransada və bir çox ölkələrdə umduqlarını tapa bilmirlər”, – fransalı nazir deyib.

O, Gürcüstan kimi ölkənin sığınacaq axtaranlar sayına görə liderlər arasına girməsinin normal olmadığını, himayə axtaranların hamısını qəbul etmək iqtidarında olmayan Fransa hökuməti və əhalisi üçün bütün bunların başağrısına çevrildiyini dilə gətirib.

Bu məsələyə dair ətraflı müzakirələr apardığını söyləyən K.Kastaner Gürcüstan vətəndaşlarının çox vaxt sağlamlıq səbəbləri ilədə Fransaya üz tutduqlarını diqqətə çatdırıb.

Siyasət xəbərləri
Azeuronews.com digər xəbərlər