Fuad İbrahimov: “Mövcud layihələrin icra mexanizmi hərəkətə gətirilməlidir”

Fuad İbrahimov: “Mövcud layihələrin icra mexanizmi hərəkətə gətirilməlidir”

İqtisadçı-ekspert Fuad İbrahimov deyir ki, Azərbaycanda olan siyasi, iqtisadi sabitlik ekoturizmin inkişaf etdirilməsi üçün münbit zəmin yaradır

RADİOFuad İbrahimov: “Mövcud layihələrin icra mexanizmi hərəkətə gətirilməlidir”

Hazırda, ümumilikdə turizm sektoruna, o cümlədən aqroturizm, ekoturizm, dağ turizmi kimi sahələrə xarici investisiyaların cəlb olunması ilə bağlı sənəd hazırlanır: Bunu Trend-ə Azərbaycanda Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib.

İqtisadçı-ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda mövcud olan iqlim şəraiti ekoturizmin inkişafı üçün çox əlverişlidir: “Hazırda Azərbaycanda olan siyasi, iqtisadi sabitlik və infrastrukturun davamlı inkişafı ekoturizmin inkişaf etdirilməsi üçün münbit zəmin yaradır. Sadəcə olaraq mövcud layihələrin icra mexanizmi hərəkətə gətirilməlidir. Yəni, turizmin bu istiqamətini inkişaf etdirmək üçün çətin işlər görmək lazım deyil”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Açar sözlər
Fuad Ibrahimov , Kənan Qasımov , Turizm Agentliyi , Azərbaycan
İqtisadiyyat xəbərləri
Sputnik.az digər xəbərlər