Futbol həvəskarı olan bəy toyundan çıxıb matç izləməyə getdi FOTOLAR

Futbol həvəskarı olan bəy toyundan çıxıb matç izləməyə gedib.
Moderator.az xəbər verir ki, hadisə Türkiyədə baş verib. Belə ki, Kütahyanın Dovşanlı rayonunda Şuhadı Qocaqırla ailə həyatı quran Əhməd Qocaqır toyundan dostlarıyla birlikdə tərəfdarı olduğu Göbel Gencliksporun oyununu izləməyə gedib.
Bildirilir ki, futbol matçının tarixi toy gününə təsadüf etdiyindən o, toyunu müvəqqəti dayandırıb sevdiyi komandanın matçında iştirak edərək, ona dəstək olub. Əhməd Qocaqır deyib ki, onun üçün ən xoşbəxt gün sevdiyi komandanın qalib gəlməsidir.
Vasif Əlihüseyn
Açar sözlər
Əhməd Qoca
, Türkiyə
, Kütahya
, Quran