Futbolu buraxan oyunçuların qeyri-adi peşələri

Futbolu buraxan oyunçuların  qeyri-adi peşələri

Kariyerasına son qoyan dünyaca məşhur fotbolçular bəzən yaşıl meydançalar ilə vidalaşdıqdan sonra qeyri-adi peşələr seçirlər.

Metbuat.az futbolu buraxdıqdan sonra qeyri-adi peşələr seçən futbolçuları təqdim edir:

Frank Lebouef-aktyor

Çelsi və Marseldə oynayan Frank Lebouef futbolu buraxdıqdan sonra film sahəsində fəaliyyətə başlayıb.


Cesar Prates- keşiş

2003-2004-cü il mövsümündə Galatasarayda futbol kariyerasını davam etdirdikdən sonra ölkəsinə qayıdan ulduz futbol kariyerasından sonra bir katolik kilsəsində keşiş olaraq fəaliyyət göstərir.


Davide İovinelle- porno aktyoru

Serie De Calcio Pomigliano forması geyinən futbolçu bu sahənin məşhur adı RoccoSiffredinin akademiyasına girən 3 nəfərdən biri olub.


Dani Osvoldo- musiqiçi

Dani Osvoldo futbolu erkən buraxaraq musiqi sahəsini seçib. Yuventus və İnter kimi komandalarda forma geyən Osvoldo soyunma otağında siqaret çəkdiyi üçün Boca Juniorsdan qovulmuşdu.


Gaizka Mendieta- DJ

Barselonoda forma geyərək kariyerasının zirvəsini yaşayan Gaizka Mendieta DJ-liklə məşğul olur.


Barri Horney-müəllim

Liverpul Universitetindən kimya məzunu olan köhnə Uels futbolçusu Barri Horne futbol kariyerasına son qoyduqdan sonra Çesterdə kimya müəllimi olub.


http://metbuat-az.com/news/1174553/gozlerinize-inanmayacaqsiz-66-illik-bu-vasite.html

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Yuventus Xəbərləri Class , Liverpul , Marsel
İdman xəbərləri
Metbuat.az digər xəbərlər
Azərbaycanda "İKT-də  qızlar" günü

Azərbaycanda "İKT-də qızlar" günü

25-04-2019 13:35 - Metbuat.az - İKT
Münsiflər heyəti layihələri perspektivlik baxımından qiymətləndirdikdən sonra, iştirakçıları mükafat və sertifikatlarla təltif ediblər.



Eyni zamanda, proqramlaşdırma prosesi ilə əyani şəkildə tanış olmağa imkan yaradan kodlaşdırma məşğələləri də təşkil edilib.



Bundan başqa, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “AREA” Robotexnika və Mühəndislik Akademiyası və “chip.az” MMC-nin təşkilatçılığı ilə “İKT-də xanımlar: imkanlar və perspektivlər” üzrə təlim keçirilib.



“İT sahəsində müasir trendlər”, “Sosial şəbəkələrdə biznes”, “Qızlar üçün İKT-də karyera yolu”, “Robotexnika sahəsində iş imkanları”, “Azərbaycanda robotexnikanın inkişaf perspektivləri” mövzuları üzrə də məşğələlər təşkil olunub.



Təlimdə bildirilib ki, son illərdə "İKT-də qızlar" günü çərçivəsində həyata keçirilən tədbirlərin miqyası xeyli genişlənərək bir günlük tədbir formatından qızları il ərzində İKT ilə işləməyə öyrətmək üçün nəzərdə tutulmuş daimi fəaliyyət göstərən proqramlara çevrilib.



Qeyd edilib ki, İKT gender bərabərliyi, qadınların hüquq və imkanlarının genişləndirilməsinin təmin edilməsində əsas amillərdən biridir.