Gecənin qəhrəmani o oldu: Lukas Moura

Gecənin qəhrəmani o oldu: Lukas Moura

Çempionlar Liqasında ikinci yarımfinal matçının cavab görüşü keçirilib. Növbəti finalçı Amsterdamda bəlli olub.


Hollandiya paytaxtında yerli "Ayaks”la "Tottenhem” arasında baş tutan oyunda qapılara 5 top vurulub. Meydan sahibləri fasiləyə 2:0 hesabı ilə öndə yollansalar da, London təmsilçisi məğlubiyyətdən qaçmağı bacarıb - 2:3.


"Ayaks" ilk matçda səfərdə 1:0 hesablı qələbə qazanmasına baxmayaraq, öz meydanında topların sayına görə finala çıxmaq şansını itirib.


"Tottenhem"in həlledici görüşdə rəqibi dünən "Barselona"nı 4:0 hesabı ilə darmadağın edən "Liverpul" olacaq. Yeri gəlmişkən, "Tottenham" Çempionlar Liqasında finala yüksələn 8-ci ingilis klubu oldu. İndiyədək "Liverpul", "Mançester Yunayted", "Notingem Forest", "Aston Villa", "Lids", "Arsenal" və "Çelsi" qitənin ən nüfuzlu klub turnirinin həlledivi matçına çıxıb.


Qeyd edək ki, Çempionlar Liqasının finalı iyunun 1-də İspaniyanın paytaxtı Madriddəki "Metropolitano” stadionunda keçiriləcək.


Çempionlar Liqası

Yarımfinal (cavab oyunu)

"Ayaks” (Hollandiya) – "Tottenhem” (İngiltərə) - 2:3

De Ligt, 5, Ziyeç, 36 - Moura, 55, 59; 90+5

"Yohan Kroyf Arena” (Amsterdam). Baş hakim: Feliks Brix (Almaniya).

İlk oyun – 1:0

"Ayaks”: 24. Andre Onana, 4. Mattiys de Ligt, 6. Van de Biik, 10. Tadiç, 12. Mazraoui, 17. Deyli Blind, 20. Şöne, 21. Frenk de Yonq, 22. Hakim Ziyeç, 25. Kasper Dolberq, 31. Talyafiko

"Tottenhem”: 1. Hüqo Llyoris, 2. Kierian Trippyer, 3. Derrik Rouz, 4. Tobi Alderveyrled, 5. Yan Vertongen, 7. Son Hun Min, 12. Vanyama, 17. Sissoko, 20. Delle Alli, 23. Kristian Eriksen, 27. Lukas Moura