Gelael Rasselə nisbətən yaxşı qurtardı

Gelael Rasselə nisbətən yaxşı qurtardı

"Formula 2" pilotları "Formula 1" pilotlarına nisbətən daha uğurlu gün keçiriblər

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 26 aprel - Sputnik. Bakıda keçirilən “Formula 2” yarışında sıralama turu bitib. Sputnik Azərbaycan xəbər verir ki, sıralamanı birinci yerdə “Karlin” komandasının pilotu Nobuharu Matsuşita bitirib. Pilot dövrəni 1 dəqiqə 54,555 saniyəyə başa vurmağı bacarıb.

“Formula 2” yarışında sıralama turniri başlayandan bir neçə dəqiqə sonra bir pilot qəza törədib. İtaliyanın “Prema Racing” komandasının pilotu Sean Gelaelin bolidində yanğın baş verib. Lakin alov dərhal söndürülüb və pilot yoluna davam edib. Sean Gelael bolidi hərəkətə gətirən zaman yanğınsöndürənlərdən biri bolidə ilişib və yıxılıb.

Xatırladaq ki, “Formula 1” SOCAR Azərbaycan Qran Prisində “Wilyams” komandasının pilotu Corc Rasselin bolidi bu gün lyukun drenajına dəyərək xəsarət alıb.

Qeyd edək ki, “Formula 2” üzrə ilk yarış aprelin 27-də keçiriləcək və saat 12:00-da start götürəcək. Bazar günü reallaşacaq ikinci yarış isə 13:10-da başlayacaq.

Açar sözlər
Corc Rassel , Təranə Xudabaxşiyeva , Socar , Azərbaycan , Bakı , Italiya , Xəsarət
İdman xəbərləri
Sputnik.az digər xəbərlər