“Gələcək üçün” ümumrespublika marafonuna növbəti görüşünü keçirdi

“Gələcək üçün” ümumrespublika marafonuna növbəti görüşünü keçirdi

Gənclər üçün Təhsil Mərkəzi tərəfindən keçirilən "Gələcək üçün” ümumrespublika marafonu növbəti görüşünü Azərbaycan Dillər Universiteti tələbələri ilə keçirib.


AZXEBER.COM xəbər verir ki, "Gələcək üçün” ümumrespublika marafonunun məqsədi ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlara ictimai dəstək vermək, vətəndaş öhdəliyi və prinsiplərinin gənclər ordusuna təbliğ etməkdir.


"Gələcək üçün” ümumrespublika marafonu Azərbaycan Dillər Universitetinin iki tədris binasında keçirilib.


Gənclər üçün Təhsil Mərkəzinin direktoru Fəxrəddin Həsənzadə marafon işitrakçılarının salamlayaraq bildirmişdir ki, rəhbəri olduğum marafonun məqsədi idarəetmə sisteminin modernləşərək vətəndaş yönümlü prinsiplə təşkil olunmasını təbliğat şüarına çevirməkdir. Bu istiqamətdə əsas milli fəaliyyət planı ölkəmizdə insan kapitalının inkişafına xidmət edən səriştəli mütəxəssislərin formalaşdırılmasıdır. Məhz bu baxımdan islahatlar Azərbaycan insanının maraqlarına xidmət edir. Daha sonra "İnsan Mühəndisliyi” proqramı çərçivəsində "Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” və "İnsan kapitalı” mövzusunda təlim keçmişdir.


Qeyd edək ki, marafon respublikanın bütün ali təhsil müəssisələrini əhatə edəcək. "Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” çağırışı ilə müxtəlif ictimai və sosial mövzuları əhatə edən təlimlər paytaxt Bakı və Azərbaycanın bütün bölgələrində gənclər arasında keçiriləcək.

Açar sözlər
Fəxrəddin Həsənzadə , Azərbaycan Dillər Universiteti , Gənclər Üçün Təhsil Mərkəzi , Azərbaycan , Bakı
Hadisə xəbərləri
Azxeber.com digər xəbərlər
Azərbaycana qarşı “4 kalon”dan hücum və “5-ci kalon”un missiyası

Azərbaycana qarşı “4 kalon”dan hücum və “5-ci kalon”un missiyası

23-04-2019 14:52 - Azxeber.com - Siyasət
Beləliklə, tarixin sonrakı dövründə bütün hərbi və siyasi hücumlarda "5-ci kalon” təcrübəsindən gen-bol istifadə edildi.
Bu gün Avropa İttifaqı (Aİ) ilə strateji saziş imzalamağa hazırlaşan Azərbaycanın üzərinə edilən hücum məhz frankistlərin üslubunu xatırladır: "4 kalon” xaricdən, "5-ci kalon” daxildən hərəkətə keçib.
Hədəf imzalanacaq sazişin qarşısını almaqdır və bu, səbəbsiz deyil:


a) Aİ ilə imzalanacaq saziş ilk növbədə Azərbaycanın geosiyasi mənzərədə strateji mövqeyini gücləndirəcək;
b) Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı zəmin daha da artacaq;
c) Azərbaycanın iqtisadi imkanları genişlənəcək və bu, əhalinin sosial rifahının daha da yaxşılaşması, "Avropa standartları” deyilən səviyyəyə yüksəlməsi ilə nəticələnəcək;
– Son dövrlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar bu prosesin başlandığını göstərir və dövlət başçısının elan etdiyi "sosial paket”də birbaşa vətəndaşlara yönələn sosial layihələr yer alıb.
Aİ ilə imzalanması planlaşdırılan saziş özündə kifayət qədər geniş imkanları əks etdirir. Anti-Azərbaycan qüvvələri narahat edən də məhz budur və bu gün onlar 5 kalondan hücuma keçiblər.
"Birinci kalon” – Ermənistan:işğalçı ölkəni narahat edən əsas məqam Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllidir.