"Gəlin Azərbaycana..." - Pərviz Şahbazovdan çinlilərə təklif

"Gəlin Azərbaycana..." - Pərviz Şahbazovdan çinlilərə təklif
25 Aprel 2019 [13:40]

"Kəmər və Yol" ikinci Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində Çində səfərdə olan energetika naziri Pərviz Şahbazov Çin Enerji Administrasiyasının rəhbəri Zhang Jianhua ilə görüşüb.

Energetika Nazirliyindən Mia.az-a verilən məlumata görə, görüşdə "Kəmər və Yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq, iki ölkə arasında enerji sahəsində əlaqələrin genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılıb.

P. Şahbazov deyib ki, Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 mln. ABŞ dolları olan müxtəlif istiqamətlər üzrə sənədlərin imzalanması iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır: "Ümid edirik ki, bu uğuru energetika sahəsi üzrə də davam etdirə bilərik”.

Görüşdə neft-qaz, neft-kimya, emal sənayesi, elektroenergetika və bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları diqqətə çatdırılıb. Çin şirkətləri bərpa olunan enerji sahəsində iştiraka dəvət edilib.

Çin Enerji Administrasiyasının rəhbəri Zhang Jianhua da enerji şirkətlərinin qarşılıqlı fəaliyyətinin gücləndirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, Çin Enerji Administrasiyası Azərbaycanın enerji sektorunda Çin şirkətlərinin fəaliyyətlərinin genişlənməsi, eləcə də bərpa olunan enerji sahəsində iştiraklarının təmin olunması istiqamətində çalışacaq.

Energetika naziri P. Şahbazov iki ölkə arasında enerji sahəsində əməkdaşlıq potensialının dəyərləndirilməsi məqsədilə Çin Enerji Administrasiyasının rəhbərini Azərbaycana dəvət edib.

İqtisadiyyat xəbərləri
Mia.az digər xəbərlər
Mətbuat Şurasının İdarə Heyəti toplandı:  qəzet satışı və saytların üzvlüyü gündəmə çıxarıldı

Mətbuat Şurasının İdarə Heyəti toplandı: qəzet satışı və saytların üzvlüyü gündəmə çıxarıldı

26-04-2019 15:43 - Mia.az - Siyasət
yerlərdə səyyar satışın (əldə yayımın) bərpasını, iri market şəbəkələrində qəzet satışının təşkilini, Bakı Dəmiryol Vağzalında, Heydər Əliyev Hava Limanında, Bakı Beynəlxalq Avtovağzalında və digər bu kimi yerlərdə qəzet satışının bərpasını və təkmilləşdirilməsini, qəzet köşkləri üzrə icarə haqqı məsələsinin bazar qiymətlərinə və real imkanlara uyğun tənzimlənməsini, yayım firmaları üzərində köşklərdə çalışan işçiləri üçün təlimlərin təşkili öhdəliyinin müəyyənləşdirilməsini, həmçinin yayım firmalarının redaksiyalarla bağladıqları müqavilələrin vahid formasının hazırlanmasını və müqavilələrin bazar şərtlərinə uyğunlaşdırılmasını, səyyar qəzet satıcıları üçün vahid qaydaların və geyimin müəyyənləşdirilməsini, səyyar qəzet satıcılarının vergi ödəyicisi kimi qanunvericilikdə müəyyən olunmuş əlverişli qeydiyyatının həyata keçirilməsinin təmin olunmasını, onların sabit vergiyə cəlb edilmə istiqamətində işlərin aparılmasının zəruriliyinin vurğulanmasını göstərmək mümkündür. Müzakirələrdən sonra "Azedu.az”, "Yenixeber.org”, "Baku News” (baku.news), "42-ci paralel.az”, "Sozcu.info”, "Denizxeber.az” xəbər portalları, "Region mediası” qəzeti, "Ustad” dərgisi, "Loqos”, "Düyməcik”, "Elmi iş” jurnalları, "ONN media” (onn.az) və "Elit” İnformasiya Agentlikləri Şuraya üzv qəbul ediliblər.