"Gəlinim uşağı çarpayıya çırpdı" - Nəvəsi internata verilən nənədən şok ittiham - FOTO

"Gəlinim uşağı çarpayıya çırpdı" - Nəvəsi internata verilən nənədən şok ittiham - FOTO

Azərbaycanda 3 yaşlı uşaq valideynləri tərəfindən uşaq evinə qoyulub.

Sonxeber.az Big.az-a istinadən xəbər verir ki, bunu Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq "Səni axtarıram" verlişinə çıxan nənə Amasiya deyib.

O bildirib ki, 2000-ci ildə nəvəsi Rəfiqə dünyaya gəlib: "Gəlinim əsəbiləşəndə uşağı götürüb çarpayıya çırpıb. Uşaq bu zaman divara dəyib çarpayıya düşdü. Bundan sonra uşaq zəifləməyə başladı. Gəlin də küsüb dayısıgilə getdi. Mən də gecə işlədiyimə görə uşağı aparıb özünə verdim. Uşaq 3 yaşına çatanda ana yenə uşağı atdı. Daha sonra oğlumla gəlinim aparıb nəvəmi 1 nömrəli uşaq evinə yerləşdirdilər. 10 il sonra da boşandılar. 1 il sonra uşaq evindən nəvəmi tələb edəndə bildirdilər ki, Rəfiqə ölüb. Sonra öyrəndik. Bu yaxınlarda yuxu gördüm ki, nəvəm sağdır".

Aysel Yusifqızı

Açar sözlər
Azərbaycan , Xəzər , Amasiya
Mədəniyyət xəbərləri
Sonxeber.az digər xəbərlər