Gəmidə yaralananlardan 3-nün vəziyyəti ağırdır- Nazirlik

Gəmidə yaralananlardan 3-nün vəziyyəti ağırdır- Nazirlik

Dünən "İsrafil Hüseynov” gəmisində baş vermiş partlayışda yaralanan 3 nəfərin vəziyyəti kritikdir.


Bu barədə Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov "Qafqazinfo”ya açıqlamasında bildirib:


"Mərkəzi Neftçilər Xəstəxanasına 14 nəfər yerləşdirilib. Onlardan 7-si stasionar şəraitdə müalicə alır, 7-si isə reanimasiyadadır. Reanimasiyada olanlardan 3-nün vəziyyəti kritikdir. Bədənlərinin 40%-i yanıb. Stasionar şəraitdə olanlar 2-3 günə evə buraxılacaqlar”.www.anews.az

loading...

Hadisə xəbərləri
Anews.az digər xəbərlər