Gəmidəki partlayışla bağlı daha bir açıqlama


Gəmidəki partlayışla bağlı daha bir açıqlama

Xəzər dənizində, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus "İsrafil Hüseynov" borudüzən gəmisinin borudüzmə zonasında baş vermiş qəza zamanı gəmi heyətindən xəsarət alan olmayıb.

Bunu Unikal.org-a açıqlamasında baş verən hadisə ilə bağlı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mətbuat katibi Mehman Mehdiyev bildirib.O, gəminin gələcək fəaliyyəti ilə bağlı məsələyə aydınlıq gətirib:

“İlk növbədə hadisə zamanı xəsarət alanlara Ulu Tanrıdan şəfa diləyir, tezliklə sağalmalarını arzu edirik.

Bildirim ki, gəmi Saipim şirkətində icarədədir. Hadisənin baş vermə səbəbinə gəlincə boru düzmə əməliyyatında podratçı tərəfindən öz texnoıogiyalarına uyğun tətbiq edilən boru birləşmələrini izolyasiya etmək üçün gəmiyə gətirilmiş avadanlıqda baş verib. Bəzi saytlarda fotonun düzgün verilməməsi ictimaiyyətdə çaşqınlıq yaradıb. Bu baxımdan bir daha qeyd edirik ki, baş vermiş hadisə zamanı gəmi heyətindən xəsarət alan olmayıb və gəminin gələcəkdə təhlükəsizlik fəaliyyətinə səbəb olacaq risk də yoxdur. Vəziyyəti Saipiem şirkəti nəzaratdə saxlayır, yenilənən məlumatları media ilə bölüşürlər”.

Cebhe.info


Oxunma sayı: 67