Gənc fiziklərin yaradıcılıq müsabiqəsinin rayon mərhələsinin nəticələri bəlli olub

Gənc fiziklərin yaradıcılıq müsabiqəsinin rayon mərhələsinin nəticələri bəlli olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilən müsabiqənin rayon mərhələsində 266 ümumi təhsil müəssisəsindən 798 şagird mübarizə aparıb. "OLAYLAR"-a Təhsil İdarəsindən bildirilib ki, rayon mərhələsində şagirdlər 2 akademik saat ərzində ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını və 2 məsələni yerinə yetiriblər.

Qeyd edək ki, məktəblilərin fizika fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə təşkil edilən müsabiqədə IX, X, XI sinif şagirdləri iştirak edir.

Mədəniyyət xəbərləri
Olaylar.az digər xəbərlər