Gənc rejissorumuzun filmi beynəlxalq festivalın əsas mükafatını qazandı

Gənc rejissorumuzun filmi beynəlxalq festivalın əsas mükafatını qazandı



Gənc Sinemaçılar Klubunun üzvü, gənc rejissor Orxan Ağazadənin “Oturacaqlar” filmi Türkiyədə keçirilən VI Changing Perspectives Qısa Film Festivalının əsas mükafatı olan “Potluck” mükafatına layiq görülüb.


Moderator.az xəbər verir ki, Azərbaycan və İngiltərə birgə istehsalı olan filmin ssenariçisi və quruluşçu rejissoru Orxan Ağazadə, quruluşçu operator Cameron Ward, quruluşçu rəssam və kostyum dizaynı Lara Zeidan, musiqi Məməd Ansa, prodüser Mina Salimi, koprodüserləri Azər Həsənov və Ruslan Ağazadədir.


Filmdə rolları Səyyad Əliyev, Zülfiyyə Nəzər Məmmədova, İskəndər Abbasov və başqaları oynayır.


MODERATOR.AZ


Açar sözlər
Səyyad Əliyev , Ruslan Ağazadə , Azər Həsənov , Orxan Ağazadə , Nəzər Məmmədov , Iskəndər Abbasov , Mina Sali , Ans , Türkiyə , Azərbaycan
Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər